Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 May

2019
14:39
1365
Tibb müəssisələri ilə bağlı YENİ QAYDA

Azərbaycanda tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçiriləcək.

FaktXəbər-in məlumatına görə, bununla bağlı "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna əlavələr təklif edilir.

Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan əlavəyə əsasən, akkreditasiyadan keçən tibb müəssisələrinə şəhadətnamə veriləcək.

Tibb müəssisələrinin akkreditasiyası əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin hüquqi tələblərə uyğunluğunun müəyyən edilməsi üçün aparılacaq. Eyni zamanda bu yolla əhalinin yüksək keyfiyyətli xidmət göstərən tibb müəssisəsi tərəfindən müayinə və müalicə olunması üçün seçim hüququ təmin ediləcək.

Tibb müəssisələrinin akkreditasiyası qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

Tibb müəssisələrinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etidiyi orqan (qurum) həyata keçirir. Tibb müəssisələrinin akkreditasiyasına görə "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş məbləğdə rüsum tutulur./Trend

Məqalədə : tibb müəssisələri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1593

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2681

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1049

Sabahın havası - İstilər davam edir

25

İyun
13:51
ÖLKƏ
1080

Günün qarşılaşmaları TV AFİŞA

25

İyun
12:50
İDMAN
1519

Dünən Bakıda 16 nəfəri gün vurub

25

İyun
12:18
ÖLKƏ
1081

İsrail Qəzzanı işıqsız qoydu

25

İyun
11:45
DÜNYA
168
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 15:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru