Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Sentyabr

2019
16:52
323
Tibb bacısı: `Direktor Elina üçün təcili yardım çağırılmasına imkan vermədi`

Zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam edib.

Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məktəbin tibb bacısı olmuş Ləman Nuriyeva dindirilib. O bildirib ki, hadisə baş verəndə məktəbdə olmayıb:  “Zəng gəldi ki, Elina yıxılıb. Tez məktəbə qayıtdım. Elinanı direktorun otağında uzatmışdılar. İlkin yardım göstərdim. Baxdım ki, qolunda bir-iki sıyrıq var. Lakin başqa yerində açıq yara yox idi. Təzyiqi aşağı idi. Dedim ki, təcili yardım çağırılmalıdır. Həmin vaxt otaqda direktor və müavinləri vardı. Lakin bir səs çıxmadı. Yenidən təzyiqini yoxlayanda müşahidə elədim ki, təzyiq getdikcə düşür və bədəni soyuyur. Yenidən təcili yardımın gəlməsinin vacibliyini bildirdim. Bu vaxt Sevinc xanım hirsləndi, dedi ki, sən işini gördün, otaqdan çıx”.

Suallara cavab verən tibb bacısı qeyd edib ki, direktor ona təcili yardım çağırmasına imkan verməyib: "Dəfələrlə desəm də, məni otaqdan qovdular. Dedilər ki, lazım olanda biz çağıracağıq".

Ləman Nuriyeva deyib ki, əvvəllər də Elinanı yoxlayıb: "Bir dəfə boynunu kəsmişdi. Sinif rəhbəri və müəllimlər yanıma gətirmişdilər. Elina dedi ki, cızılıb. Lakin orada qeyd elədim ki, bu, kəsikdir".

Daha sonra prosesdə şahid qismində Ramin Rəhimov ifadə verib. Şahid qeyd edib ki, Elina ilə "İnstagram"da tanış olub: "Danışırdıq, bir neçə dəfə görüşüb, onu evinə qədər ötürmüşəm. Elina mənə deyirdi ki, məktəbdə geyinmə, saçına görə sataşırlar. Özü deyirdi ki, bununla bağlı şikayət etsə də, heç kim bir tədbir görmür. Elinada başqa neqativ hal görməmişəm. Boynunu kəsəndə soruşdum, bir şey demədi".

Şahidin istintaqdakı ifadəsi elan olunub. Məlum olub ki, şahid istintaqda Elina Hacıyevanın boynunu kəsməkdən həzz aldığını deyib. Lakin R.Rəhimov belə bir şey demədiyini qeyd edib.

Hakim elan edib ki, iş üzrə 47 şahiddən 43-ü dindirilib. Digər şahidlər məhkəməyə çağırılsalar da gəlməyiblər.

Prosesdə oktyabrın 2-nə qədər fasilə elan edilib.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Daha sonra Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə açılan cinayət işinə xitam verilib.(APA)

Məqalədə : Tibb bacısı direktor Elina 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
47

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
317

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
143

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
63

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
131

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
53
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 01:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru