Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyun

2020
18:18
Təhsil Nazirliyi həbs olunan direktorla bağlı açıqlama yaydı

Bu gün Baş Prokurorluğun yaydığı məlumata əsasən, əvvəllər Bakı şəhəri, Sabunçu rayonu, F. Bayramov adına 22 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmiş Cavad Səfərovun məktəbə işə düzəlmək üçün ondan rüşvət alması barədə vətəndaş Ruxsarə Babayevanın müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılmış, araşdırma nəticəsində faktla bağlı Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Təhsil Nazirliyindən bildirilib ki, bəzi media qurumları Baş Prokurorluğun məlumatında istinad edilən sabiq direktor Cavad Səfərovun hazırda 22 saylı tam orta məktəbin direktoru vəzifəsini icra etdiyini səhvən qeyd ediblər.

Məsələ ilə bağlı nazirlik bildirir ki, hələ 2016-cı ildə Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsi tərəfindən aparılmış araşdırma nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin direktoru vəzifəsini icra edən Səfərov Cavad Abdulla oğlunun əmək müqaviləsinə öhdəliklərini yerinə yetirmədiyinə, məktəbəhazırlıq qruplarının təşkili qaydalarının kobud surətdə pozduğuna, digər əməlləri ilə dövlətin qanuni mənafelərinə xələl gətirdiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir (BŞTİ 11/1025, 25 noyabr 2016-cı il tarixli əmr). Bununla da direktor vəzifələrini icra edən şəxsin müxtəlif xarakterli qanunsuz əməllərinin 4 il bundan öncə daxili araşdırma nəticəsində ifşa edilərək müvafiq materialların hüquq-mühafizə orqanlarına təqdim edilməsi təmin edilmişdir.

Təhsil Nazirliyi tərəfindən dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirlərinin aparılması aidiyyəti dövlət qurumları ilə birlikdə davam etdirilir.

Məqalədə : Təhsil Nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47522

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45680

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47303

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46895

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52441

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46572

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46971
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2020 13:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru