Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2018
21:21
38319
Təhsil naziri Ceyhun Byramovdan şagirdlərə müjdə

Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən təhsil naziri Ceyhun Bayramov şagirdləri sevindirəcək açıqlama verib.

FaktXəbər-in məlumatına görə, nazir bildirib ki, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair yeni qanun layihəsi hazırlayaraq hökumətə veriblər. 

Nazirin sözlərinə görə, layihə hökumətlə razılaşdırıldıqdan sonra Milli Məclisə təqdim olunacaq.

Nazir qeyd edib ki, beynəlxalq olimpiadalarda Azərbaycanın nəticələri ilbəil yaxşılaşır və qanunda ediləcək yeni dəyişiklik bu nailiyyətlərin daha da yüksəlməsinə səbəb olacaq. Eyni zamanda orta məktəb şagirdlərinin elmə marağı bir qədər də artacaq.

Qeyd edək ki, olimpiadanın nəticələrinə görə 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla 276, Naxçıvan MR daxil olmaqla isə 298 nəfər qalib elan edilib.

Respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak edib. Əldə edilən 298 medalın 157-si Bakı, 141-i isə digər bölgələrin payına düşür. Ümumilikdə, Azərbaycanın 50 müxtəlif bölgəsində təhsil alan şagirdlər olimpiadanın qalibləri sırasına düşüb.     

Azərbaycan məktəbliləri 1994-cü ildən beynəlxalq olimpiadalarda 314 medal qazanıb. Son 5 il ərzində isə məktəblilər 3 qızıl, 21 gümüş və 85 bürünc medal olmaqla ümumilikdə 109 medal qazanıblar ki, bu da müstəqillik dövründə qazanılmış bütün medalların təxminən 3 faizi edir.

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və  tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
55

Bir gündə 28 nəfər saxlanılıb

18

May
15:15
HÜQUQ,HADİSƏ
104

Bu il 15 rayonda pambıq əkilib

18

May
14:55
İQTİSADİYYAT
117
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 15:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru