Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Fevral

2020
13:09
Temperatur 18 dərəcə aşağı enib, bəzi yerlərdə qarın hündürlüyü 36 sm-ə çatıb

Fevralın 7-də axşam soyuq arktik hava cərəyanlarının Aralıq dənizi və Türkiyədən ölkə ərazisinə tədricən yayılması nəticəsində hava şəraiti dəyişib. Havanın temperaturu ötən günlə müqayisədə 18 dərəcə aşağı enib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, dünən paytaxtda 22-25 dərəcə isti olubsa, (bütün meteoroloji müşahidələrə görə 2002-ci ildə son dəfə 23 dərəcə olub) fevralın 8-də səhər saatlarında 7 dərəcə isti qeydə alınıb. Saat 12.00-a olan məlumata görə fevralın 08-i səhərədək Xaltan, Qırızda, Sarıbaşda 6 mm, Xınalıqda 5 mm, Ağdərədə 4 mm, Gədəbəydə 2 mm, Daşkəsəndə 1 mm miqdarında qar yağıb.

Qar örtüyünün hündürlüyü Ağdərədə 36 sm, Sarıbaşda (Qax) 21 sm, Qrızda 13 sm, Xınalıqda 12 sm, Xaltanda 2 sm olub. Qubada 9 mm, Ordubadda 7 mm, Qusar 6 mm, Göygöldə 5 mm, İsmayıllı, Kürdəmir, Lerikdə 4 mm, Naxçıvan, Şahbuz, Şamaxı, Beyləqan, Kişçay (Şəki), Şabranda 3 mm, Ağdam, Balakən, Qəbələ, Zaqatala, Altıağac, Tərtər, Bərdə, Göyçay, Zərdab, İmişli, Ağsuda 2 mm, Bakı, Sumqayıt, Şərur, Ağstafa, Mərəzə, Şəki, Gəncə, Mingəçevir, Sabirabad, Neftçala, Cəfərxanda 1 mm yağış qeydə alınıb.

Qərb küləyi arabir Daşkəsəndə 28 m/s, Tovuzda 24 m/s, Salyan, Tərtərdə 23 m/s, Naftalan, Ağstafa, Bərdədə 20 m/s, Astara, Qrızda 18 m/s, Hacıqabulda 16 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 16-20 m/s, arabir 23 m/s-dək güclənib:

"Gözlənildiyi kimi, fevralın 8-də proses davam edərək, ayın 9-u və 10-da daha da əlverişsiz və kəskin olacaq, havanın temperaturu 0-a yaxınlaşacaq, gecə isə 1-4 dərəcə şaxta olacaq, yağış sulu qara, qara keçəcək, külək daha güclü olacaq".

Məqalədə : hava 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ədliyyə nazirindən yeni təyinat

17

Fevral
17:39
SİYASƏT
131

Fevralın 18-nə manatın məzənnəsi

17

Fevral
17:34
ÖLKƏ
126

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

17

Fevral
16:35
NƏQLİYYAT
209

MSK-nın iclası keçirilir - YENİLƏNİR

17

Fevral
16:27
SİYASƏT
1276

DSMF-də yeni idarələr yaradıldı

17

Fevral
15:44
ÖLKƏ
298

Vilayət Eyvazovdan yeni təyinat

17

Fevral
15:40
ÖLKƏ
271

13 bağ evini qarət edən şəxslər tutulub - FOTO

17

Fevral
14:58
HÜQUQ,HADİSƏ
283

8 yaşında qocalıqdan öldü

17

Fevral
13:39
MARAQLIDIR
303

Sabaha olan hava proqnozu açıqlanıb

17

Fevral
13:10
ÖLKƏ
257
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-02-2020 18:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru