Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Fevral

2020
17:15
Təcili yardım maşını ilə səsverməyə göndərən baş həkimə şiddətli töhmət verilib- VİDEO

Kürdəmir Rayon Xəstəxanasının baş həkimi Eynulla Novruzov seçki günü işçiləri təcili yardım maşını ilə səsverməyə göndərdiyinə görə cəzalandırılıb.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”dən (TƏBİB) verilən xəbərə görə, məsələ ilə bağlı Kürdəmir Rayon Xəstəxanasının Baş həkim Eynulla Novruzov TƏBİB-ə dəvət edilib, izahatı alınıb: “O, izahatında qeyd edib ki, hava şəraitinin pis olmasına görə kollektivin xahişi ilə işçiləri səsverməyə aparmaq üçün təcili tibbi yardım avtomobili ayrılmasına icazə verib. Eynulla Novruzova bu hərəkətinə görə şiddətli töhmət verilib”.

Qeyd edək ki, sosial şəbəkələrdə 57 saylı Kürdəmir seçki dairəsinə aid seçicilərin təcili yardım maşını ilə səsverməyə aparılmasına dair görüntülər yayılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İstirahət günlərinin hava proqnozu

28

Fevral
17:41
ÖLKƏ
282

Iranda daha 4 deputat koronavirusa yoluxub

28

Fevral
16:27
DÜNYA
302

Sabaha olan hava proqnozu açıqlanıb

28

Fevral
16:13
ÖLKƏ
337

Maştağada quş kəsimi sexi bağlanıb

28

Fevral
15:57
ÖLKƏ
328

Kirayə mənzillərə qeydiyyat başladı

28

Fevral
14:30
ÖLKƏ
360
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-02-2020 23:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru