Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Aprel

2017
11:31
859
Tbilisi metropolitenində sərnişinlər üçün maraqlı sürpriz FOTO-VİDEO

Tbilisi metropoliteninin sərnişinləri çərşənbə günü maraqlı sürprizlə qarşılaşıblar. Belə ki, oturacaqlarda Gürcüstanın müxtəlif nəşriyyatlarından kitablar olub. 

FaktXeber.com-un QruziaOnline-a istinadla verdiyi məlumata görə, sərnişinlər aprelin 23-də Ümumdünya Kitab və müəllif hüquqları günü münasibəti ilə keçirilən tədbirə dəvətnamə də alıblar.

Mtasmind Panteonda keçiriləcək tədbir çərçivəsində gürcüstanlı yazıçılar kitab və ədəbiyyat barədə danışacaq. Bundan başqa endirimli qiymətlərlə kitablar satılacaq. 

Hazırda Gürcüstanın paytaxtında «Kitabxana şəhər» çərçivəsində layihə həyata keçirilir. Layihə çərçivəsində Tbilisi metropolitenində bütün stansiyalarda elektron kitabxanalar fəaliyyət göstərəcək.

Belə elektron kitabxanalar hazırda küçələrdə, barelyeflərdə və şəhər parklarında var. Hazırda Tbilisdə ümumilikdə 300 elektron kitabxana var.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru