Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Oktyabr

2021
17:02
TƏBİB: Yüksək risk qrupuna daxil şəxslər 3-cü doza vaksini mütləq vurdurmalıdır.

“Artıq Azərbaycanda da 3-cü doza ilə peyvəndləmə işləri aparılır”.

Bunu APA-ya TƏBİB-in İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü Natiq Əliyev deyib.

O bildirib ki, 3-cü dozanı ilkin dozanın üzərindən 6 ay və çox keçmiş şəxslər vurdura bilər: “3-cü doza vaksini yüksək risk qrupuna daxil olanlar - səhiyyə, təhsil, vətəndaşlara xidmət sektoru işçiləri, 65 yaşdan yuxarı olanlar, həmçinin 18 yaşdan yuxarı və xroniki xəstəlikləri olan şəxslər mütləq şəkildə vurdurmalıdır.

Dünya praktikasına əsasən, 3-cü doza olunmuş şəxslər arasında xəstəliyi ağır keçirmə halı və mortalitə (ölüm halları) aşağı düşüb. Pandemiya dövrünün hələ də davam etdiyini düşünərək mütləq şəkildə peyvəndləmə aparılmalıdır. Bəzən insanlar şəkəri, allergiyası var deyə yanlış olaraq peyvənd olmaz deyə düşünürlər. Bunlar əsassızdır. Kəskin bir durum olmadığı halda mütləq peyvəndlənmə aparılmalıdır”.

N.Əliyev qeyd edib ki, 1-ci və ya 2-ci dozadan sonra nadir də olsa ciddi yan təsir ola bilər: “Bu hal çox az olsa da, dünya praktikasında da görülüb. Həmin halla rastlaşan vətəndaş müraciət edərək həkim komissiyası tərəfindən müayinə edilir, bundan sonra əks-göstəriş sertifikatının verilməsi üçün məsələyə baxıla bilər”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
431

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
578

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
573

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
614

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
600
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2021 09:45





  [email protected]om

Valyuta.com

Рейтинг@Mail.ru