
Artıq ölkədə koronavirus xəstələrinin sağalma vaxtı uzanaraq, 12-14 günədək çəkir.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
TƏBİB sədri bildirib ki, bununla əlaqədar yeni yoluxanların və sağalanların sayında fərq yaranır, xəstəxanada uzun müddət qalanların sayı çox olur.
R.Bayramlı əlavə edib ki, adətən, xəstəxanaların çarpayı fondunun 15 faizi reanimasiya şöbəsi üçün nəzərdə tutulur: “Xəstələrin böyük əksəriyyətinin oksigenə ehtiyacı yaranır. Bu, COVİD-19 xəstəliyi üçün xarakterikdir. 3 ay ərzində bunlar nəzərə alaraq, xəstəxanalar üçün oksigen generatorları gətirilib”.
R.Bayramlı qeyd edib ki, modul tipli xəstəxanalarla birlikdə 7000-ə yaxın çarpayı fondu var, artıq xəstələrin sayı 5000-ə çatır.
Onun sözlərinə görə, ötən həftdə uzunmüddətli məhdudiyyətlərin tətbiqi üçün hazırlıq dövrü oldu: “Son iki həftə ərzində tətbiq olunan qısamüddətli məhdudiyyətlər düşünülmüş şəkildə edilmişdi. Bu, bizə imkan verdi ki, uzunmüddətli məhdudiyyətlərin tətbiqi üçün vaxt qazanaq”.

Vyanadakı nüvə anlaşması üzrə ortaq komissiyanın danışıqları sona çatdı
16
Aprel- 16-04-2021 11:23 Eldar Quliyev vəfat etdi
- 16-04-2021 11:13 DYP-dən sürücülərə MÜRACİƏT
- 16-04-2021 10:59 Xalq artisti Eldar Quliyev vəfat edib
- 16-04-2021 10:25 FHN əməliyyat görüntülərini yaydı - VİDEO
- 15-04-2021 15:45 Uşaq və yeniyetmələr arasında piylənmə artıb
- 15-04-2021 14:58 Sabah Bakıda 21 dərəcəyədək isti olacaq
- 15-04-2021 14:25 Daha bir şəhidimizin övladı dünyaya gəlib
- 15-04-2021 14:12 Bakıda bağçalarda uşaqlara geyim və kakao alınması adıyla 2 mln. manata qədər pul qanunsuz xərclənib
- 15-04-2021 11:46 Azərbaycanın yerüstü su ehtiyatlarının həcmi açıqlanıb
- 15-04-2021 11:17 ABŞ-da polis nümayişçilərə atəş açdı
- 15-04-2021 10:13 Bu gündən mənzillərin istilik təchizatı dayandırılır
- 15-04-2021 09:33 Hacı Surxay: “Məscidlərdə bayram namazlarına icazə verilə bilər” - VİDEO
- 14-04-2021 16:53 Yoluxanların sayı ilə bağlı statistika
- 14-04-2021 14:21 MİDA 21 milyon manatlıq 2 tenderə yekun vurub
- 14-04-2021 13:01 Sabahın hava proqnozu açıqlandı
- 14-04-2021 12:09 Azərbaycanda 41% vətəndaş 65 yaşa çatmadan ölür
- 14-04-2021 11:14 “Space”də yoxlamalar başladı: Vaqif Mustafayevin dövrü araşdırılır
- 14-04-2021 09:36 Azərbaycanda Ramazan ayı başladı
- 13-04-2021 17:14 “Nar” “Yeniliklər Dalğası” kampaniyasına start verir
- 13-04-2021 16:04 Vətən müharibəsi şəhidləri üçün 321 ağac əkildi
- 13-04-2021 14:42 İlham Əliyev Avro-2020-nin Bakıda keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb
- 13-04-2021 14:18 Sabah hava küləkli olacaq
- 13-04-2021 11:58 Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib - VİDEO
- 13-04-2021 11:51 Hesablama Palatası Milli Məclisə hesabat verir
- 13-04-2021 11:30 Bu həftəyə olan hava proqnozu açıqlanıb