Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Sentyabr

2019
14:07
962
Taxıl istehsalçılarına subsidiyanın necə ödəniləcəyi açıqlanıb

Gələn il Azərbaycanda buğda istehsalçıları hər hektar əkin sahəsinə görə dövlətdən 200 manat subsidiya alacaqlar.

“FaktXəbər” bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı qərar Aqrar Subsidiya Şurasının avqustun 29-da keçirilmiş iclasında, Prezident İlham Əliyevin bu il iyunun 27-də təsdiqlədiyi “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”na əsasən qəbul edilib. Qərara əsasən, fermerlərə subsidiya verilməsi üçün müxtəlif bitki növləri üzrə əkin əmsalları müəyyən edilib. Həmin əmsallar baza məbləğinə (200 manat) vurulacaq və bu yolla əkin subdisiyalarının məbləği müəyyən ediləcək. Beləliklə, buğda üzrə əmsal 1 müəyyən edilib.

Çəltik istehsalçılarına isə hər hektar əkin sahəsinə görə 280 manat subsidiya ödəniləcək. Bu bitki üzrə əkin əmsalı 1,4-dür. Amma bütün çəltik əkənlər subsidiya ala bilməyəcək. Bu imtiyazdan yalnız Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarında çəltik əkənlər faydalanacaq. Yəni, məhz bu rayonlarda çəltikçiliyin inkişaf etdirilməsi qarşıya məqsəd kimi qoyulub.

Soya və sorqo istehsalçıları üçün isə hər hektar əkin sahəsinə görə subsiyayanın məbləği müvafiq olaraq 260 manat və 100 manat olacaq. Bu bitkilər üzrə əkin əmsalları 1,3 və 0,5-dir.

Digər dənli və dənli paxlalılar (arpa, covdar, darı, vələmir, noxud, mərci və s.) üçün isə əkin əmsalı 0,8 müəyyən edilib. Yəni, bu bitkiləri becərənlər hər hektar əkin sahəsinə görə 160 manat subdisiya alacaqlar.

Qarabaşaq və yer fındığı istehsalçılarına isə hər hektar əkin sahəsinə görə 180 manat subsidiya veriləcək. Bu bitkilər üzrə əkin əmsallar 1,8-dir.

Zəfəran istehsalçılarını isə hər hektar əkin sahəsinə görə 400 manat subsidiya gözləyir. Bu bitki üzrə əkin əmsalı 2-dir. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvanda Süni Mayalanma Mərkəzi yaradılıb

23

Sentyabr
20:23
AİLƏ, SAĞLAMLIQ
110

Bakıda daha bir BÖYÜK LAYİHƏ!

23

Sentyabr
16:07
NƏQLİYYAT
368

Nazirlik qriplə bağlı açıqlama yaydı

23

Sentyabr
15:47
AİLƏ, SAĞLAMLIQ
254

Sürücülər dizel yanacağından narazıdır

23

Sentyabr
15:44
MÜNASİBƏT
235

Azərbaycanda elektrik enerjisinin istehlakı artıb

23

Sentyabr
15:29
İQTİSADİYYAT
261

Azərbaycanda yeni medal təsis edilir

23

Sentyabr
15:15
ÖLKƏ
255

Günün qarşılaşmaları TV AFİŞA

23

Sentyabr
14:22
İDMAN
318

Sabah Azərbaycanda 28 dərəcə isti olacaq

23

Sentyabr
12:53
ÖLKƏ
270

Bakıda avtobus drenaj xəttinə düşüb - FOTO

23

Sentyabr
12:43
NƏQLİYYAT
282
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 22:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru