Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

12 Yanvar

2017
19:24
1373
Tarix Muzeyində “Azərbaycan Səfəvilər dövləti” bölməsi yenilənib

Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında “Azərbaycan Səfəvilər dövləti” bölməsinin yenidən qurulması üzrə işlər başa çatıb.

Belə ki, burada Səfəvilər sülaləsinin etnik mənşəyi, dövlətin yaranması, I Şah İsmayılın şəxsiyyəti və dövlət quruculuğu işləri, Səfəvilər dövlətinin inzibati quruluşu, iqtisadiyyatı, mədəniyyəti, silahlı qüvvələri, xarici siyasəti, dahi Azərbaycan şairi Məhəmməd Füzuli, Səfəvi-Osmanlı müharibələri haqqında məlumat panelləri, müvafiq tarixi eksponatlar, eləcə də müəllifləri Toğrul Nərimanbəyov, Oqtay Sadıqzadə, Böyükağa Mirzəzadə, Lüdviq Knit olan rəsm əsərləri qoyulub.

Yenilənmiş bölmə müvafiq zalı ilə yanaşı ekspozisiyanın dəhlizini də əhatə edir. Bu da əlavə olunan eksponat sayının çoxluğu ilə əlaqədardır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru