Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2014
11:25
İtaliyanın Bormio şəhəri Azərbaycanın Qax şəhəri ilə qardaşlaşır

FaktXəbər-in verdiyi məlumata görə, Milli Məclisin deputatı, İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli martın 6-da İtaliyaya səfər edəcək. Millət vəkili İtaliyanın Bormio şəhərinin Azərbaycanın Qax şəhəri ilə qardaşlaşma mərasimində iştirak edəcək.

Səfər çərçivəsində Azər Kərimli burada bir sıra görüşlər keçirəcək. Görüşlərdə ölkələrimiz, o cümlədən Bormio ilə Qax şəhərləri arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, iki ölkə xalqlarının dostluq əlaqələrinin möhkəmləndirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Səfər martın 11-də başa çatacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 08:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com