Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Avqust

2021
15:39
Talibanla mübarizənin dayandırılmasının şərtini açıqlayıb

Əfqanıstanın Pəncşir əyalətində müqavimət cəbhəsinin lideri Əhməd Məsud Talibanla mübarizəni dayandırmağa və siyasətə müdaxilə etməməyə hazırdır.

Bu barədə Mehr agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Məsudun şərtinə görə, o, mübarizəni hərəkatın inklüziv hökumət quracağı və ölkədə insan haqlarına riayət olunmasını təmin edəcəyi halda dayandıra bilər.

“Əgər taliblər hakimiyyəti hamı ilə bölüşdürmək və ədaləti bərqərar etmək, bütün Əfqanıstanda hamıya bərabər hüquq və azadlıq vermək niyyətindədirsə, onda mən geri çəkiləcəyəm və siyasətdən gedəcəyəm”, - deyə müqavimət lideri bəyan edib.

Əhməd Məsud, həmçinin bildirib ki, əks-təqdirdə əyalətdə yeni hakimiyyətlə qarşıdurma davam edəcək.

Qeyd edək ki, ötən gün bir sıra KİV müqavimətlə Talıban hərəkatının arasında ağır döyüşlərin getdiyi barədə məlumat yayımışdı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
929
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2021 13:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru