Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Avqust

2021
10:13
Taliban geniş mətbuat konfransı keçirib - VİDEO

Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” ilk mətbuat konfransını keçirib.

Tədbir “Əl Cəzirə” tərəfindən yayımlanıb.

Hərəkatın sözçüsü Zabihullah Mücahid bildirib ki, Taliban dünya arenasında heç kimlə düşmən münasibət yaratmaq istəmir. O, əmin edib ki, Taliban Əfqanıstanın münaqişə meydanı olaraq qalmasına icazə verməyəcək.

Mücahid 20 illik mübarizədən sonra əcnəbiləri qovduqlarını və ölkəni azad etdiklərini bildirib, bu münasibətlə ölkə əhalisini təbrik edib. O qeyd edib ki, “Taliban” hərəkatı ona qarşı mübarizə aparanlardan qisas almır və hamını bağışlayır.

Mücahidin sözlərinə görə, ölkədəki bütün səfirliklər və QHT-lərin təhlükəsizliyi tamamilə təmin olunub. “Taliban” heç kimin ölkə ərazisini digər dövlətlərə qarşı hücumlar üçün baza olaraq istifadə etməsinə icazə verməyəcəyini də söz verib.

Hərəkat nümayəndəsi hakimiyyətin ölkədə qadın hüquqlarını qoruyacağını, xanımların şəriətə uyğun olaraq aktiv həyat tərzi sürməsinə icazə veriləcəyini bəyan edib. O, həmçinin qadınların yalnız gözlərin göründüyü niqab deyil, üzü açıq saxalayan hicab, həmçinin bədəni tamamilə gizlədən əlbisə geyinməli olduqlarını söyləyib.

Bununla yanaşı, “Taliban” sözçüsü, yeni hökumətin ölkənin iqtisadi dirçəlişinə diqqət yetirəcəyini bildirib.

Mücahidin sözlərinə görə, “Taliban” tərəfindən qurulan Əfqanıstan hökuməti, ölkənin əvvəlki hakimiyyət orqanlarından daha yaxşı fəaliyyət göstərə biləcək.

O, Talibanın yeni bir hökumət qurmaq üçün fəal şəkildə çalışdığını, hökumətdə bütün qüvvələrin təmsil olunacağını vurğulayıb.

Mücahid əlavə edib ki, hökumət bir neçə gün ərzində işə başlayacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əl-Husi BMT-nin baş katibini tənqid etdi

20

Sentyabr
16:41
DÜNYA
207

“Zəfər tarixi” dərsliyi çap olunub

20

Sentyabr
16:39
ELM / TƏHSİL
215

Azərbaycan XİN Rusiyaya başsağlığı verib

20

Sentyabr
15:09
SİYASƏT
197

Ərdoğan Rusiyaya gedir

20

Sentyabr
14:42
DÜNYA
215

General Bakı merinin müşaviri oldu

20

Sentyabr
14:26
ÖLKƏ
235

İran HHQ-yə yeni komandan təyin edilib

20

Sentyabr
13:47
DÜNYA
218

Bəhreyndə İsa Qasimə böyük dəstək aksiyası keçirilib

20

Sentyabr
13:23
BÖLMƏNİ DÜZ SEÇ!
212

Sabahın hava proqnozu açıqlanıb

20

Sentyabr
12:35
ÖLKƏ
183

Bakıda 15 məktəbə yeni direktor təyin olunub

20

Sentyabr
11:09
ELM / TƏHSİL
305
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2021 06:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru