Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Sentyabr

2021
15:12
Taliban dünyaya xəbərdarlıq etdi

Taliban hərəkatının sözçüsü Zəbihullah Mücahid dünyaya xəbərdarlıq edərək, Pakistan da daxil olmaqla heç bir ölkənin Əfqanıstanın siyasi işlərinə qarışmasına icazə verməyəcəklərini bildirdi.

Bu barədə Parstoday məlumat yayıb. 

O, media təbliğatına istinad edərək, vurğulayıb: "Əgər bu təbliğat Pakistanın Talibanın arxasında olduğunu göstərirsə, bu, bizə qarşı 20 illik mənfi təşviqatdır və biz bunu ciddi şəkildə rədd edirik".

Həmçinin Mücahid əlavə edib ki, Taliban öz müstəqillik, kimlik və azadlığı uğrunda dünyanın qırx ölkəsi ilə mübarizə aparıb.

Taliban sözçüsü onu da qeyd edib ki, hərəkatın Pakistanın xeyrinə bir şey etdiyini heç kim sübut edə bilməz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
929
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2021 13:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru