Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Avqust

2021
15:12
Talibandan Türkiyəyə təklif: Ərdoğan detalları açıqlayıb

Əfqanıstanda hazırkı vəziyyətdə başlıca prioritetimiz vətəndaşlarımızın təxliyəsidir.

Anadolu agentliyi xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfəri ərəfəsində mətbuat konfransında deyib:

"Əfqanıstandakı vətəndaşlarımızın, Silahlı Qüvvələrin şəxsi heyətinin təxliyəsi davam etdirilir. Bu proses qısa zamanda başa çatacaq".

Türkiyə prezidenti Kabil hava limanının işlədilməsi ilə bağlı təkliflərin olduğunu bildirib:

"Zərurət olacağı təqdirdə, biz hər kəslə danışıqlara gedə bilərik. "Taliban"la səfirliyimizdə 3,5 saata yaxın danışıqlar keçirilib. Danışıqlarla mövcud prosesin daha sağlam yürüdülməsinə çalışırıq. "Taliban" bizə Kabil hava limanının işlədilməsini təklif edib. Bununla bağlı hələlik hər hansı qərar verməmişik".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
929
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2021 13:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru