Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2019
09:15
İsveçrədə tələbə yüzillik fizika tapmacasını həll edib

Lozannanın (İsveçrə) Federal Politexnik Məktəbinin bakalavr tələbəsi Vasim Dauadi alimlərin 100 il boyunca izah edə bilmədiyi fiziki tapmacanın cavabını tapıb.

Bu haqda "Neue Züricher Zeitung" məlumat yayıb.

Fiziklər anlaya bilmirdilər ki, niyə maye ilə dolu şaquli dar boruda hava köpüyü yuxarı qalxmır, hansı ki, bu, içində mineral suyun olduğu butulkanın açılışı vaxtı olur.

Gənc araşdırmaçı müəyyənləşdirib ki, köpük yuxarı, özü də yavaş-yavaş hərəkət edir. Lakin bu yerdəyişməni adi gözlə görmək mümkün deyil.

Tələbə kəşf edib ki, şüşə və mayenin arasında mövcud olan çox nazik qat havanın hərəkətinə mane olur. Nazik pərdənin ölçüsü millimetrin milyonda bir hissəsini təşkil edir.

O, bunu izah etmək üçün boruda şüşəyə işıq salıb və onun daxili səthindən əks edilmiş işıqla şüşənin səthindən əks edilmiş işıq arasında interferensiyanı (intensivliyin yenidən paylaşdırılması) təhlil edib.

Dauadi hesab edir ki, onun elmi işinin nəticələrini nanodiapazonda mayelərin hərəkəti vaxtı yaranan hadisələrin sonrakı tədqiqatında tətbiq etmək mümkün olacaq.(Report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
192

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
239

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1179
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2019 18:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru