Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2019
10:15
Suriyada itkin düşən rusiyalı `kölə azad edicisi` tapıldı-VİDEO

Köləlik və insan alverinə qarşı mübarizə aparan "Alternativ" İctimai Hərəkatın lideri Oleq Melnikov, Suriyada itkin düşməsi xəbərindən sonra ilk dəfə əlaqə saxlayıb. FaktXeber.com-un Lenta.ru-ya istinadla verdiyi məlumata görə, o, YouTube-da video mesaj göndərib.

Kadrlarda görünür ki, o,  narahatlıqlarına görə hər kəsə təşəkkür edir və təhlükəsilik baxımından olduğu yer barədə məlumat verə bilməyəcəyini deyir. Melnikov bundan başqa rəhbərlik etdiyi təşkilatın hələ ki, bu günə qədər görülən işlər barədə məlumat yayımlaya bilməyəcəyini, lakin bunu tezliklə edəcəklərini vurğulayıb.

Hüquq müdafiəçisinin sözlərinə görə, çətinliklərə baxmayaraq görülən işlər nəticə verib. 

“Tapşırıqlarımızı 120 faiz yerinə yetirmişik. Ehtiyacı olanlara kömək etdik... Bu bölgədə insan alverini, qul əməyindən istifadəni dayandırmaq üçün çox iş görmüşük. Bunda əli olan kifayət sayda insan saxladıq. Onlar cəzalandırıldı", deyə Melnikov bəyan edib.

Qeyd edək ki, itkin düşdükdən sonra onun barəsində ilk dəfə avqustun 14-də köməkçisi Maksim Vaqanov məlumat verdişdi, o, jurnalistlərə Melnikovun sağ olduğunu, lakin təhlükəsiz yerdə gizlənməyə məcbur qaldığını söyləmişdi: "Çünki yerli dəstələr başına qoyulan mükafata görə onu ovlamağı planlaşdırıb".

Avqustun 10-da bələdçilərlə birlikdə Böyük İdlibə gedən Melnikov üç dəfə təyin olunmuş vaxtda əlaqə saxlamadığından itkin düşdüyü bildirilmişdi.

“Alternativ” könüllü insan haqları təşkilatı müasir köləliyin müxtəlif təzahürləri - əmək, cinsi, dilənçiliklə mübarizə aparır. 8 il ərzində könüllülərin 1,3 mindən çox insanı köləlikdən azad etdiyi bildirilir. Təşkilat, digər şeylərlə yanaşı, Rusiya və MDB ölkələrindən olan mühacirləri ailə köləliyindən qurtarmağa çalışır və analarının xəbəri olmadan Yaxın Şərqə aparılan uşaqları axtarır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
19015

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
17642

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
18987

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
18563

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
24106

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
18541

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
18700
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-08-2020 03:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru