Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyun

2020
11:26
Su problemi Milli Məclisdə

Milli Məclisdə ölkədə su ehtiyatlarının azalması və problemdən çıxış yolu üçün təkliflər müzakirə ediləcək.

Bununla bağlı parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində dinləmələr keçiriləcək.

Dinləmələrdə deputatlar və rəsmi qurumların nümayəndələri ilə yanaşı, aidiyyəti üzrə ekspertlərin də iştirak edəcəyi planlaşdırılır. 

Qeyd edək ki, Azərbaycanda içməli su ehtiyatlarının azalması müşahidə olunur. Bununla yanaşı, suvarma suyu ilə də bağlı problemlər mövcuddur.

Milli Məclisin son bir neçə iclasında deputatlar su qıtlığı barədə həyəcan təbili çalıblar. Artıq bir neçə gündür ki, Bakıda içməli suyun verilməsində uzunmüddətli fasilələr yaranıb.

Bakının Xətai, Suraxanı, Xəzər, Binəqədi və Nərimanov rayonlarının ərazilərində içməli suyun verilməsində problemlər mövcuddur. “Azərsu” ASC isə qeyd edib ki, problem Kür çayında suyun səviyyəsinin azalması ilə əlaqədardır. Kür Sutəmizləyici Qurğularında üzən nasos stansiyalarının ətrafında lil əmələ gəldiyi bildirilir.

Azərbaycanın bir neçə bölgəsində də analoji problem yaşanır.(Oxu.az)

Məqalədə : Milli Məclis 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlandı

18

May
12:52
ÖLKƏ
150

Livan İsraili raketlə vurub

18

May
11:42
DÜNYA
150

Neft yenidən bahalaşıb

18

May
09:25
İQTİSADİYYAT
361

AMB-nin valyuta məzənnələri

18

May
09:11
İQTİSADİYYAT
350

Yoluxma sayı azalır

17

May
16:30
ÖLKƏ
371
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-05-2021 15:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru