Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Mart

2011
10:35
SUNAMİ DƏHŞƏTİ
11 mart 2011-ci il tarixində Yaponiyanın ən böyük adası yaxınlığında Yaponiya tarixində ən güclü zəlzələ baş verdi

11 mart 2011-ci il tarixində Yaponiyanın ən böyük adası yaxınlığında Yaponiya tarixində ən güclü zəlzələ baş verdi.Zəlzələnin ardınca sunami dalğaları qalxdı.Hündürlüyü 10 metrə qədər çatan nəhəg dalğalar körpüləri,gəmiləri,qatarları,binaları və avtomobilləri bir çöp kimi ağuşuna aldı.İlkin məlumatlara görə 10000-dən çox insan itgin düşdü.

Bəs  Sunami nədir?

Bir an belə durmayan daimi titrəməkdə davam edən Yaponiya torpağ zəlzələ məkanıdır desək səhv etmərik.Sunami sözünün Yapon dilində hərfi tərcüməsi “liman dalğaları” kimi oxunur. Bu termin ilk dəfə 15 iyun 1896-ci ildə Yaponiyada 8,5 bal gücündə Meiyi zəlzələsindən sonra işlədilməyə başlamışdır. Sunaminin baş verməsi zəlzələ ilə əlaqədardır. Umumilikdə isə hər zəlzələdə sunami baş vermir. Sunami adətən 7,5 baldan yüksək zəlzələlər zamanı baş verir.

Sunami – açıq okeanda və ya sahilyanı ərazilərdə güclü sualtı nəhəng zəlzələdən sonra yaranmış ardıcıl dalğalanmalar nəticəsində baş verir. Güclü sualtı dalğalanmalar isə zəlzələ, torpaq sürüşməsi, vulkanların oyanması, nüvə partlayışları, meteorid, asteroid və kometlərin yerə düşməsinin təsirindən baş verə bilir. Sunami mütəxəssislərin fikrincə digər təbii fəlakətlər kimi süni yolla da törədilə bilər. “Xarf” adlanan yeni tektonik silah növü mövcuddur  ki, Rusiya və Amerika artıq bu silaha sahibdirlər. Belə bir silahın varsa hər hansı bir dövlətin ərazisində zəlzələ törətmək o qədər də çətin deyildir.

Ən dağıdıcı sunami okeanın dibində o qədər də dərində olmayan zəlzələlər zamanı baş verir. Adətən sunami yer kürəsinin tektonik pilitələrin daha fəal olduğu ərazilərində baş verir. Okenaın dibindəki pilitələr bir-birinə qarşı hərəkət etdikdə toqquşmalar nəticəsində çox güclü titrəmələr də yaranır ki, bu titrəmələr də tektonik pilitələrin əyilməsinə, sınmasına səbəb olur. Bu dağıntıların uzunluğu bir neçə kilometrə çata bilir. Nəticədə güclü titrəyişlər okean səthində ardıcıl dalğaların yaranmasına, bu isə öz növbəsində çox böyük həcmli su kütlələrininn ardıcıl hərəkətinə və sunami dalğalarının əmələ gəlməsinə gətirib çıxarır.

Bəzən açıq okeandakı gəmilər sunamini hiss etməyə bilir, sahilə yaxınlaşdıqca isə dalğaların yüksəkliyi artır, quru ərazinin içərilərinə doğru irəliləyir. Sunami adətən okeanda saatda 800–1000 km sürətlə hərəkət edə bilir ki, bu da reaktiv təyyarənin uçuş sürətinə bərabərdir.
Sunami ardıcıl uzun dalğalardan ibarət olur və okean səthində bərabər olaraq bütün istiqamətlərdə hərəkət edir. Mütəxəssislər bunun iri hovuza atılmış daşın gətirdiyi dalğalarla müqayisə edirlər.

Liman dalğalarının uzunluğu açıq okeanda 200 km.-ə çatır. Okeanın dərinliyi nə qədər çox olarsa, dalğaların da uzunluğu o qədər çox olur. Bəzən az enerji itirməklə sunami uzun müddət davam edə bilir. Sahilə yetişən sunaminin dalğaları arasında 10–45 dəqiqə fasilə olur. Və dalğaların sürəti saatda 50-60 km qədədr azalır. Sahilə yaxınlaşan dalğaların uzunluğu azalmağa başlayır və əksinə fəlakətin enerjisi yuxarı qalxır. Hətta, okeanın mərkəzi hissələrində sunaminin hündürlüyü cəmi 1m isə, sahildə onun yüksəkliyi 30–35 metrə çata bilir.

Sunami dünya okeanının istənilən yerində, istənilən daxili dəniz və göllərdə iri sututarlarda baş verə bilər. Amma, əsl sunami əsasən Sakit okeanda və ona bitişik dənizlərdə baş vermişdir. Alimlər bunu onunla əlaqləndirirlər ki, Sakit okean Yer kürəsinin üçdən birini təşkil etməklə dağ zənciri ilə “odlu üzük” adlandırılan adalar qövsü və okeanın dərinliklərindəki tektonik sınıq nəhəng süxürlarla əhatə olunmuşdur. Məhz bu səbəbdən də ən güclü zəlzələlərin adətən Kamçatka, Yaponiya, Kuril adaları, Alyaska və Cənubi Amerikada baş verdiyi iddia edilir.

Tarixdə ən böyük sunami 1883-cü ildə İndoneziya yaxınlığında Karakatu vulkanının püskürməsi nəticəsində baş vermişdir. Bu güclü partlayış sahildə 41 metr yüksəklikdə də dalğalar əmələ gəltirmiş, nəticəsində Yava və Sumatra adalarının sahil şəhər və kəndləri məhv olmuşdu. Bu fəlakət 36417 insanın ölümü ilə nəticələnmişdir. Eramızdan əvvəl 1490-cı ildə Egey dənizində Santorin vulkanının püskürməsi nəticəsində Yunanıstanın minoy sivilizasiyası tamamilə yer üzündən silinmişdir. Tədqiqatçıların fikrincə, bu sunami yer kürəsinin öz oxu ətrafında cüzi əyilməsinə səbəb olmuşdur.

İndi belə bir sual dolaşır – bəs Xəzər dənizində necə, sunami təhlükəsi gözlənilirmi?

Rusiyanın Okeanologiya institutunun apardığı müşahidələrin nəticələrinə görə, Xəzərdə eramızın 743–1989-cü illəri arasındakı dövrdə müxtəlif şiddətli 12 sunami qeydə alınmışdır. Bunların ən güclüləri 1895 və 1933-cü illərə təsadüf etmişdir. Bu hadisələr Bakı, Dərbənd və Livanov Bankəsində qeydə alınmışdır. Tədqiqatçıların rəyinə görə Xəzərdə adətən 7,2–7,5 bal gücündə zəlzələlər sunami yarada bilir və bu isə 40–60 ildən bir baş verir. Xəzər dənizi sahillərində ən seysmik zona Abşeron yarımadası, Ağtau-Cələkən sayılır. Abşeron yarımadasının da seysmik zonada yerləşdiyini nəzərə alsaq, biz ilk növbədə öyrənməli və hər an zəlzələyə hazır olmalıyıq. O da nəzərə alınmalıdır ki, yarımada düzənlik və tarlalardan ibarət deyil, üzərində bir-birinə yaxın olan neft emalı zavodları, kimya kombinatları, xam neft terminalları, böyük diametrli neft, benzin və qaz boru xətləri və s. yanğına davamsız qurğularla zəngindir. Bu isə o deməkdir ki, cüzi titrəyiş Abşeronu alovlar ağzına ala bilər.

Burada bir-birinə çox yaxın inşa edilmiş, seysmik davamlılığı şübhəli olan çoxmərtəbəli binaları da əlavə etsək, zəlzələdən sonrakı mənzərə çox dəhşətli ola bilər. Hazırlıqlı, mütəşəkkil və xüsusi öyrədilmiş cəmiyyətlərdə təbii fəlakətlərdə itkilər daha az olur. Eyni şiddətli zəlzələlər zamanı Amerikadakı, Yaponiyadakı insan tələfatı ilə Şri-Lanka, İran, İndoneziya, Türkiyə, Hindistanda ölənlərin sayı müqayisə edilməyəcək dərəcədə çox olur. Əgər birinci dövlətlərdə insan tələfatı onlarla olursa, ikincilərdə minlərlə olur. Səbəb hazırlıqsızlıq və ekstremal vəziyyətlərdə nə etmək lazım olduğunu bilməməzlikdir.

Heç kim münəccimlik etməsin.Zəlzələnin baş verəcəyini söyləyə bilən cihaz hələ ki, icad edilməmişdir. Amma sunamini xəbər vermək mümkündür. Çünki sunami adətən zəlzələdən ən tezi yarım saat sonra baş verir. Odur ki, okean, dəniz, göl və s. iri sututarları ətrafında yerləşən ərazidə yaşayan əhali zəlzələdən sonra baş verə biləcək liman dalğalarına hər an hazır olmalı və zəlzələdən dərhal sonra şəhər ətrafına yüksəkliklərə qaçmalıdır.
Bəli, zəlzələ və başqa təbii fəlakətlər hər an dünyanın istənilən hər bir nöqtəsində baş verə bilər. O istədiyi vaxt istədiyi qapını döyür, bu nə biz insanların arzusuna bağlıdır, nə də ona verilmiş olan cüzi iradəsinə.

Dünya yaradılandan bu günə qədər Yerin ən müxtəlif nöqtələrində zəlzələlər, sunamilər olmuş, bu səbəbdən milyonlarla insanın tələf olduğu, yüzlərlə yaşayış yerinin taleyin hökmü ilə yer üzündən silindiyi bir reallıqdır.Yer üzünün əşrəfi insan isə bu fəlakətləri hələlik ancaq seyr edə və nəticələrinin aradan qaldırılmasına səy göstərə bilir, səbəblər isə ona aid deyil. Bundan əvvəlki sunami  26 dekabr 2004-cü ildə saat 00.58.55-də 9 ballıq zəlzələ ilə başlamaqla İndoneziyanın Sumatra adasının şimali qərbində  baş vermişdi. Dəhşətli sunami dalğaları bir an içərisində Hind okeanı sahillərində yerləşən 9 dövlətə ciddi iqtisadi ziyan vurmaqla,  sayı 230 000 çatan insan tələfatına səbəb olmuşdu.Allah rəhmət eləsin.

Ağarəsul Məmmədov

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : SUNAMİ DƏHŞƏTİ 
Şərhlər
Fuad Axundzade tərəfindən 18-03-2011 tarixində yazıldı
insan aciz mexluqdur!!!
Bu yazinizi cox beyendim. Insan heqiqeten de aciz mexluqdur. Ne qeder de texnologiya inkisaf etse de hele de bele felaketlerin qarsisini almaq insanin quvvesi xaricindedir. Cox tesekkurlerimi bildirirem.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 08:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com