Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Oktyabr

2019
11:20
Sumqayıtda mənşəyi məlum olmayan süd məhsulları satışdan çıxarılıb

Sumqayıtda ticarət mərkəzində mənşəyi məlum olmayan süd məhsulları satışdan çıxarılıb.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Faktxeber.com-a verilən məlumata görə, 1003-Çağrı Mərkəzinə daxil olan müraciətlər mütəmadi olaraq agentliyin mütəxəssisləri tərəfindən təhlil edilərək araşdırılır və bu məlumatlar əsasında istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Agentliyin 1003-Çağrı Mərkəzinə daxil olmuş növbəti məlumat əsasında AQTA tərəfindən Sumqayıtda vətəndaş Rəhimov Famin Əfrasiyab oğluna məxsus “Pompey” ticarət mərkəzinin nəzdində fəaliyyət göstərən “Ordubad” supermarketində monitorinq keçirilib.

Monitorinq zamanı süd məhsulları olan bölmənin vitrinində mənşəyi məlum olmayan, etiketlənməyə dair tələbləri (məhsulun adı, növü və tərkibi, miqdarı (çəkisi), qida dəyərliliyi, istifadə sahəsi və qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanılma şərtləri, istehsalçının adı, ünvanı) qeyd edilməyən “Alman pendiri”, “Bərdə pendiri”, “İsmayıllı pendiri” adları altında satılan, ümumi çəkisi 292,8 kq olan pendir və 29,5 kq şor aşkarlanıb.

Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib. Laborator müayinələrin nəticələrinə əsasən məhsulların normaya uyğun olmadığı aşkarlanıb. Aşkarlanan nöqsanlar əsasında, qanunvericiliyin tələbləri çərçivəsində standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına görə müəssisənin rəhbəri barədə inzibati protokol tərtib edilib, həmin məhsullar satışdan çıxarılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirləri bundan sonra da davam etdirəcək, Agentlik tərəfindən istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçiriləcəkdir.

Məqalədə : süd məhsulları 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK

22

Noyabr
16:57
NƏQLİYYAT
665

Hərbdə və mənəviyyatda generallıq

22

Noyabr
16:22
ARAŞDIRMA
203

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
450
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 22:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru