Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2021
12:48
Səudiyyə Ərəbistanın XİN rəhbəri İsraillə əlaqələrdən danışdı

B.Samid. “İsraillə əlaqələri normallaşdırmağın, habelə Təl-Əvivin bölgədəki mövqeyinin normallaşması, region üçün böyük faydalar gətirəcək. Bu, iqtisadi, ictimai və həmçinin təhlükəsizlik baxımından çox faydalı olacaq. Lakin İsraillə əlaqələri normallaşdırmaq onlarla Fələstinlir arasında sülh danışıqları prosesinin irəliləməsindən asılıdır.”

CCN.Arabic xəbər verir ki, bunu Səudiyyə Ərəbistanın xarici işlər naziri Feysəl bin Fərhan telekanala verdiyi müsahibədə deyib.

Nazir, İsrailin baş naziri Benyamin Netanyahunun Səudiyyə Ərəbistanına hava reyslərinin açılması və bu krallıqla əlaqələrin normallaşdırılması ilə bağlı iddialarına münasibət bildirib.

O qeyd edib ki, İsraillə əlaqələrin normallaşması iqtisadi, siyasi və təhlükəsizlik baxımından bölgəyə böyük faydalar gətirəcək. Lakin o, bunun üçün Fələstin-İsrail sülh danışıqlarının baş tutması və irəliləməsini şərt olaraq irəli sürüb.

Səudiyyə Ərəbistanın xarici işlər naziri Feysəl bin Fərhan bildirib ki, 2002-ci ildə irəli sürülən “Ərəb təşəbbüsü”nə əsasən 1967-ci ilin əraziləri Fələstinə qaytarılmaqla, müstəqil Fələstin dövləti təsis edilməlidir və bu mərhələdən sonra Təl-Əvivlə münasibətlərin tam normallaşması baş tutacaq.

Məqalədə : Feysəl bin Fərhan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

FHN gəmilərlə bağlı reyd keçirib - VİDEO

12

Aprel
15:23
BÖLMƏNİ DÜZ SEÇ!
230

Lukaşenko Azərbaycana gəlir

12

Aprel
14:42
SİYASƏT
175

Sabah hava necə olacaq?

12

Aprel
13:41
ÖLKƏ
130

Ramazan ayının təqvimi açıqlanıb

12

Aprel
12:46
MƏNƏVİYYAT
200
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-04-2021 17:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru