Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyun

2019
15:26
1242
Səudiyyəli ekspert: BƏƏ neft tankerlərinə hücum etməklə İrana qarşı hiylə işlədir

"BƏƏ neft tankerlərinə hücum etməklə İrana qarşı hiylə işlədir". FaktXeber.com-un məlumatına görə, bunu Londonda yaşayan əslən səudiyyəli olan ekspert  və universitet müəllimi Hazam əl-Hazam deyib.

Onun sözlərinə görə, neft tankerlərinə təxribatla Əbu Dabi İrana qarşı hiylə işlədir: "Kəşfiyyat tankerlərə hücum etməklə BƏƏ İrana qarşı müharibəyə başlamaq istəyir. Bu ölkə əl-Fuceyrə limanı yaxınlığına tankerləri partlatdıqdan sonra Oman dənizində də neft tankerlərinə hücum edib. Məhz buna görə, hücumdan qabaq orada fövqaladə vəziyyət elan edilmişdi. Sözügedən hücumun yeganə səbəbi ABŞ-ı, Omanı və Pakistanı İrana qaşrı müharibəyə təhrik etməkdir".

Xatırladaq ki, may ayında Əl-Füceyrə yaxınlığında BƏƏ-yə məxsus 4 ticarət gəmisi müəmmalı şəkildə partladılmışdı. İyunun 13-də də Oman körfəzində iki partlayış baş verib, iki neft tankerinə hücum olub. Tankerlərə hücumdan sonra İran tərəfi yanan gəmilərdən 44 dənizçini xilas edərək, Bəndər Jask limanına aparıb. Hər iki halda Amerika tərəfi İranı ittiham edib. İran XİN rəhbəri Məhəmməd Cavad Zərif isə bi hadisələrin çox şübhəli olduğunu deyərək  bunu İrana qarşı sabotaj adlandırıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə" argentinalı futbolçu aldı

17

İyun
15:20
İDMAN
1149

Xırdalanda qəza yolu bağladı

17

İyun
14:19
HÜQUQ,HADİSƏ
1325

Azərbaycan qazı Avropaya çatdırılıb

17

İyun
14:13
İQTİSADİYYAT
1766

İlon Mask Twitter-ini bağladı

17

İyun
12:31
DÜNYA
1070

Bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB

17

İyun
12:24
İQTİSADİYYAT
1426

Ağstafadakı gülləbarana dair RƏSMİ AÇIQLAMA

17

İyun
12:05
HÜQUQ,HADİSƏ
1162

Rəqibini yıxaraq çempion etdi - VİDEO

17

İyun
11:33
İDMAN
1773

6300-dən çox bakalavr ixtisas seçimi edib

17

İyun
11:12
ELM / TƏHSİL
1215

Azərbaycan nefti bahalaşıb

17

İyun
10:59
İQTİSADİYYAT
1150
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2019 15:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru