Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2019
10:54
503
Səudiyyədən BMT-də etiraf: Kaşıqçını biz öldürdük

Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil Cubeyrin  səudiyyəli jurnalist Camal Kaşıkçının öldürülməsi ilə bağlı verdiyi şərh böyük rezonans doğurub. FaktXeber.com-un Türkiyə mediasına istinadla verdiyi məlumata görə, onun açıqlaması cəmiyyətdə etiraf kimi qəbul edilib.

Belə ki, BMT-nin Baş Asambleyasında çıxış edən  Cubeyr Kaşıkçı ilə əlaqədar bunları deyib:

"O, rəsmi bir qərar olmadan Səudiyyə Ərəbistanı hökumətinin agentləri tərəfindən öldürülüb".

Səud rejiminə və xüsusən vəliəhd şahzadə Bin Salmana qarşı müxalifliyi ilə bilinən Camal Kaşıkçı (Xaşuqi) 2018-ci ilin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna boşanma haqqında sənədlərini almaq üçün girib və orada qəddarcasına qətlə yetirilib. Diplomatik missiyaya girməzdən əvvəl iPhone-nu nişanlısına verən Kaşıkçının qolunda olan və telefonla sinxronlaşdırılmış Apple Watch saatı onun qətlinin səs yazısını qeydə alıb.

Kaşıkçının qətlindən əvvəl olan söhbətin QANDONDURAN səs yazısı

The New York Times yazmışdı ki, Türkiyə polisinin Kaşıkçının ölümündə şübhəli bildiyi şəxslərdən azı 5-i vəliəhd şahzadə Muhəmməd Bin Salmanla əlaqəlidir. ABŞ kəşfiyyatı hesab edir ki, jurnalistin itməsində onun əli var.

Məqalədə : Kaşıkçı Xaşuqi Qaşıqçı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1070

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
63

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
89

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
311

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
346
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 21:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru