Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Avqust

2021
10:49
ÜST rəhbəri bəşəriyyəti gözləyən böyük təhlükədən danışdı

“Bəşəriyyət real təhlükə dövrünə daxil olub və koronavirusla mübarizədə bir çox nailiyyətlər hazırda eroziyaya uğrayır”.

TASS xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus brifinqdə bildirib.

Onun sözlərinə görə, infeksiyaya yoluxanların sayında artıma səbəb sosial təmaslar, düzgün təşkil edilməyən ictimai siyasət tədbirləri və peyvəndin qeyri-bərabər paylanmasıdır.

O, koronavirusa qarşı peyvəndin 80 faizdən çoxunu yüksək və orta gəlirli ölkələrin əldə etdiyini xatırladıb.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 200 milyon nəfəri ötüb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
934
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2021 14:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru