Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2019
12:25
412
Stadionun boş qalması ilə bağlı RƏSMİ AÇIQLAMA

"Biz "Arsenal" və "Çelsi"nin Bakıya təkcə Londondan gələn fanatlarının deyil, digər ölkələrdən də gələn əcnəbi turistlərin sayını çox müsbət qiymətləndiririk. Boş yerlərin çoxu frankfurtlu azarkeşlərə məxsus idi. Onlar biletləri çoxdan almışdılar. Amma "Ayntraxt" finala yüksələ bilmədi. Biz onların həmin biletləri sata bilməmələrindən o qədər də məyus deyilik".

Bunu AFFA-nın baş katibi Elxan Məmmədov Bakı Olimpiya Stadionunda keçirilmiş Avropa Liqasının final matçı barədə danışarkən deyib. E.Məmmədovun fikrincə, Almaniya klubunun azarkeşləri həmin biletləri özlərində saxlamağı və ya sadəcə, onları UEFA-ya qaytarmamağı qərara alıblar. O, final oyununda 30 min əcnəbi və 22 min yerli tamaşaçının olduğunu bildirib: "Şəhərdə əsl bayram idi. Bu, oyunöncəsi London küçələrini xatırladırdı. "Arsenal" və "Çelsi"nin yaxşı fanat publikası var idi. Oyunöncəsi əyləncələr də yaxşı təşkil olunmuşdu. Stadionda gözəl proqram hazırlanmışdı. Açılış mərasimi çox yaxşı keçdi. Deməzdim ki, bundan artıq nə isə etmək olar. Amma gecənin ab-havasını daha da yüksəltmək üzərində düşünəcəyik".

AFFA rəsmisi tənqidlərə baxmayaraq, Bakının özünü yaxşı tərəfdən göstərməsinə sevindiyini vurğulayıb. E.Məmmədovun fikrincə, bu, 2020-ci ildə Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa çempionatının qrup mərhələsinin 3, 1/4 finalın isə 1 oyunu öncəsi yaxşı sınaq idi: "Biz bütün nəqliyyatı və təşkilati işləri sınaqdan çıxardıq. Bununla bağlı analizlər aparacağıq. Amma təşkilatçılığa dair mənfi hesabat olmayıb. Bu, böyük hadisə, Bakının nələrə qadir olmasının yaxşı göstəricisi idi".

Qeyd edək ki, Avropa Liqasının final matçında "Çelsi" "Arsenal"a böyük hesabla qalib gəlib - 4:1./Report 

Məqalədə : Olimpiya stadionu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
601

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
785

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1518

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
197

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1781

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
824

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
264

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
222

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
271

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
225
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 04:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru