Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyun

2020
17:39
Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək bir sıra sahələr üzrə məhdudiyyətlər tətbiq ediləcək.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Qərarə əsasən, sərt karantin rejiminin tətbiq olunduğu ərazilərdə aşağıdakı sahələrin fəaliyyətinə icazə verilir:

Səhiyyə və sosial sahə üzrə: elmi tədqiqat və laborator xidmətləri, xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər, baytarlıq xidmətləri, tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı, sosial xidmətlər, sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.

İnfrastruktur sahəsi üzrə: kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması), elektrik enerjisinin istehsalı və təchizatı, su təsərrüfatı və meliorasiya, telekommunikasiya və rabitə xidmətləri.

Nəqliyyat və logistika sahəsi üzrə: hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları, dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri, logistika xidmətləri, ictimai nəqliyyat və taksi xidmətləri.

Əsas istehsalat növləri: müdafiə sənayesi məhsullarının istehsalı, neft avadanlıqları və qurğularının istehsalı, qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı, gündəlik baxım və gigiyena vasitələrinin istehsalı, kimyəvi məhsulların istehsalı, kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti, əkinçilik, növbəli suvarma, bitki mühafizə xidməti və məhsul yığımı, neft və qazın hasilatı, emalı, saxlanması və satışı, neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi, metallurgiya sənayesi üzrə fəaliyyət, tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri, mühəndislik və layihələndirmə xidmətləri, mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri, qablaşdırma məhsullarının istehsalı, daş, metal və taxta məhsullarının istehsalı, mebel istehsalı və təmiri, diri heyvanların kəsimi.

Pərakəndə və topdan satış üzrə: ərzaq məhsullarının satış məntəqələri, apteklər, yanacaqdoldurma məntəqələri, zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri, tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri, onlayn satışlar.

Məişət xidmətləri üzrə: məişət tullantılarının yığılması və utilizasiyası, kimyəvi təmizləmə, mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi, avtomobillərin təmiri, avtomobil yuyulma məntəqələri, heyvan sığınacaqları.

Kütləvi informasiya vasitələri.

Maliyyə təşkilatları üzrə: banklar və bank olmayan kredit təşkilatları, lombardlar, investisiya şirkətləri, fond birjaları, sığorta təşkilatları, ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.

Xüsusi xidmət növləri üzrə: çatdırılma xidmətləri, tərcümə xidmətləri, poçt xidmətləri, dezinfeksiya xidmətləri.

Vəkillik fəaliyyəti.

Məqalədə : Nazirlər Kabineti karantin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
535

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
571

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
607

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
547

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
678

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
540

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
686
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-04-2021 20:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru