Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2020
09:40
Sərt karantin günlərində telefon və internetdə problem olmayacaq

“COVID-19” pandemiyası dövründə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən vətəndaşların nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən, internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi məqsədilə zəruri tədbirlər gücləndirilmış iş rejimində davam etdirilir.

Nazirlikdən verilən məlumata görə, bu məqsədlə tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verilib.

Xüsusi karantin rejimi günlərində nazirliyin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Baktelecom) tərəfindən sabit telefon və genişzolaqlı internet xidmətlərinin fasiləsiz işinin təmin edilməsi həyata keçiriləcək.

Vətəndaşlardan 24/7 fəaliyyət göstərən 155, 170 nömrəli “Vahid Çağrı Mərkəzi”nə və nazirliyin 1655 nömrəli “Qaynar xətti”nə daxil olan müraciətlər anında emal edilərək aidiyyəti struktur bölmələrə yönləndirilir. Eyni zamanda müraciətlər nazirliyin və qurumların elektron poçt ünvanları və sosial media hesabları vasitəsilə elektron qaydada qəbul olunur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlandı

18

May
12:52
ÖLKƏ
125

Livan İsraili raketlə vurub

18

May
11:42
DÜNYA
130

Neft yenidən bahalaşıb

18

May
09:25
İQTİSADİYYAT
351

AMB-nin valyuta məzənnələri

18

May
09:11
İQTİSADİYYAT
335

Yoluxma sayı azalır

17

May
16:30
ÖLKƏ
366

DİN polis atasının iddialarına cavab verdi

17

May
15:13
HÜQUQ,HADİSƏ
372
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-05-2021 14:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru