Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Avqust

2021
11:55
Sürüşkən siyasət prosesi dalana dirənib - MÜNASİBƏT

“Belə davam edəcəksə, Azərbaycan adekvat addımlar atacaq, qarşı tərəfin mövqelərinə ciddi zərbələr vuracaq” – Məhəmməd Əsədullazadə

Azərbaycan Ordusunun tarixi qələbəsilə bitən 44 günlük Qarabağ müharibəsindən sonra bir müddət qınına çəkilən Ermənistan əvvəlki xislətilə üzə çıxmağa başlayıb. Bu gün Ermənistanda məğlubiyyətə görə əvəz alamaq istəyən qüvvələr baş qaldırıb. Erməni silahlı birləşmələri sərhəddə təxribat törətməyə cəhd göstərir. Müharibədən 9 ay ötməsinə baxmayaraq, ermənilər Azərbaycan ərazilərindən çıxmaq istəmirlər. Əksinə, Ermənistan öz silahlı qüvvələrinin şəxsi heyətini, texnikasını Azərbaycan ərazilərinə daşıyır, arzuolunmaz şəxslərin dövlət sərhədini keçərək Qarabağa gəlməsi hallarının getdikcə artdığı bildirilir. Görünən budur ki, erməni tərəfi Birgə Bəyanatın tələblərindən, yəni sərhədlərin təyin olunmasından, sülh sazişinin hazırlanmasından imtina istiqamətində hərəkət edir.

Bu arada məlum olduğu kimi, Azərbaycanın Rusiyadan, onun Qarabağdakı sülhməramlılarından şikayət etməsi, dövlət başçısı İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsində, eyni zamanda Laçın və Kəlbəcər rayonlarına səfərində bir sıra ünvanlı bəyanatlar səsləndirməsi diqqət mərkəzindədir.

Bəs yaxşı, hadisələrin bu fonda inkişafının ağır nəticələri ola bilərmi? Yəni ekstremal situasiya gözləniləndirmi? Yoxsa məsələlər tədricən öz həllini tapacaq?

Faxtxəbər-ə açıqlamasında Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistan tərəfi konkret şəkildə 10 noyabr və 11 yanvar razılaşmalarından geri çəkilmək siyasətini yeridir: “Ermənistanın baş naziri Nikol Paşinyan sürüşkən bəyanatlar verir və əlavə olaraq, Minsk qrupunun fəaliyyəti çərçivəsində danışıqların bərpası, Qarabağda ermənilərin statusu və sərhədlərin delimitasiya və demarkasiyasından yayınmaq üçün iddia etdikləri kimi Azərbaycan ordusunun Ermənistan ərazisindən geri çəkilməsi “şərtləri”ni irəli sürür. İrəvan yalnız bu “şərtlər”lə danışıqlara gedəcəyini deyir. Heç şübhəsiz, bunlar qəbulolunmazdır. Sülh danışıqları 10 noyabr və 11 yanvar razılaşmalarına uyğun həyata keçirilməlidir. Amma göründüyü kimi, Ermənistan bu razılaşmalardan yan keçərək öz təkliflərini verir. Buna görə də proses dalana dirənib”.

Politoloqun qənaətincə, Ermənistanın Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə, Qarabağa silah-sursat, canlı qüvvə gətirməsi ölkəmizin ərazi bütövlüyünə, təhlükəsizliyinə təhdiddir: “Azərbaycan İrəvanın hərəkətlərini revanşizm kimi dəyərləndirə bilər və nəticədə çox ciddi addımlar atacaq. Düzdür, Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupun görüşü keçirildi. Amma əminəm ki, İrəvan və Moskva vaxt qazanmaq üçün bu prosesi uzadacaq, komissiyanın işi isə effektiv olmayacaq. Ümumiyyətlə, Ermənistan “Qarabağın statusu” məsələsini davamlı qaldıracaqsa, bu halda sülh sazişinin bağlanması gözlənilən deyil. Digər tərəfdən Ermənistan təxribatlara əl atır. Əgər belə davam edəcəksə, dediyim kimi, Azərbaycan adekvat addımlar atacaq, qarşı tərəfin mövqelərinə ciddi zərbələr vuracaq. Azərbaycan artıq Laçın dəhlizini də nəzarətə götürməlidir. Əks halda, Ermənistan iddialarından əl çəkməyəcək”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
934
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2021 14:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru