Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Avqust

2019
16:10
İsrail qırıcıları Livanın hava məkanına soxulub

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları cümə günü Livan hava məkanına soxulub və ölkənin cənub bölgələri üzərində aşağı yüksəkliklərdə kəşfiyyat uçuşları həyata keçirib.

FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə "Əl-Vataniya" xəbər verib. Bildirilir ki, rejim təyyarələri Tir şəhəri və En-Nakur burnu yaxınlığında yerləşən yaşayış məntəqələrinə hava hücumlarını simulyasiya edib.

Qeyd edək ki, avqustun 28-də Livan ordusunun şəxsi heyəti sərhədi pozan İsrailə məxsus üç Pilotsuz Uçuş Aparatına atəş açıb. PUA-lardan biri Edeis sərhəd bölgəsinin üstündəki səmada, digər ikisi isə Kafr Kila şəhəri yaxınlığında görünmüşdü. Yerdən açılan intensiv atəş, dronların İsrail tərəfə dönməyə məcbur edib.

Livan Silahlı Qüvvələri komandanlığı daha əvvəl ölkənin cənubunda yerləşən qoşunlara Livan hava məkanını pozan düşmən PUA-larını vurmağı əmr etmişdi.

Avqustun 27-də Prezident Mişel Aunun sədrliyi ilə Yüksək Müdafiə Şurası "livanlıların İsrail hücumlarını dəf etmək üçün bütün vasitələrdən istifadə etmək hüququnu" təsdiqlədi.

2006-cı ildəki münaqişədən sonra BMT Təhlükəsizlik Şurasının 1701 nömrəli qətnaməsinə baxmayaraq, İsrailin sərhəddə atəşkəs rejimini təkrar pozmasına cavab olaraq Respublika XİN-i Təhlükəsizlik Şurasına şikayət yollayıb. Livan Xarici İşlər Nazirliyinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri iki ay ərzində 481 dəfə ölkənin hava və dəniz məkanına hücum edib.

Məqalədə : Livan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
20317

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18917

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
20282

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19848

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
25376

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19831

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19996
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2020 00:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru