Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2021
10:59
İsrailli general: `Quru qoşunlarımız dağılmaqdadır`

"İsrail ordusu regional müharibəyə başlamaq iqtidarında deyil və bizim quru qoşunlarımız dağılmaq ərəfəsindədir"

Bu barədə İsrailin Müdafiə Ordusunun (TSAXAL) Hərbi şikayətlər üzrə səlahiyyətlisi, ehtiyatda olan general-mayor İtsxak Brik "Haarets" qəzetinə müsahibəsində son 12 günlük Qəzza müharibəsini şərh edərək bildirib. 

Onun sözlərinə görə, israillilər bu ay şərqin dəhşətli ssenarisinin həqiqətini dadıblar, çünki son müharibə təkcə hava hücumları vasitəsilə qələbə mümkünlüyü nəzəriyyəsini məhv edib. 

Həmçinin Brik HƏMAS-ın dayandırılmadığını vurğulayıb:

"HƏMAS dayandırılmayıb. İdeologiya onun ilham mənbəyidir. Son hücumlarda bütün ölkə iflic oldu və milyardlarla dollarlıq iqtisadi ziyan dəyib. Ziyanın böyük hissəsi sənayə payına düşür. Qəzzadəki hədəfləri vurmaq üçün istifadə olunan minlərlə ağıllı bombaların dəyəri çox yüksək idi"

Həmçinin general onu da qeyd edib ki, HƏMAS və İslami Cihad hərəkatları İsrailin müxtəlif yelrərinə raket zərbələri endirməklə sanki rəsmi Təl-Əvivi ələ salıblar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ABŞ Husilərin legitimliyini tanıdı

25

İyun
10:25
DÜNYA
220

Neftin bahalaşması davam edir

25

İyun
09:25
İQTİSADİYYAT
645

AMB-nin valyuta məzənnələri

25

İyun
09:14
İQTİSADİYYAT
685
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 11:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru