Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Oktyabr

2019
12:15
İsrail Fələstinlilərə aid bir evi ikinci dəfə dağıtdı - FOTO

İsrail rejiminin əsgərləri işğal altındakı Qərbi İordan çayının Ramallah şəhəri yaxınlığındakı Əl-Əmari Qaçqın Düşərgəsinə basqın təşkil edərək fələstinli Lütfiyə Əbu Hamidə aid tikinti vəziyyətindəki 3 mərtəbəli bina dağıdıb.

Dağıntı zamanı fələstinli gənclərlə İsrail əsgərləri arasında qarşıdurma baş verib. İsrail əsgərləri gəncləri dağıtmaq üçün plastik güllələrdən və gözyaşardıcı qaz bombasından istifadə edib.

İsrail rejimi ailə üzvlərindən birinin İsrail əsgərinin ölümünə səbəb olduğu bəhanəsi ilə Əbu Hamid ailəsinin evini 15 dekabr 2018-ci ildə də dağıtmışdı.

Dağıntıdan sonra mülki və rəsmi qurumlar, "A" bölgəsində yerləşən evin yenidən inşa edilməsi sözünü vermişdi.

Fələstin ilə İsrail rəhbərliyi arasında 1995-ci ildə imzalanan İkinci Oslo Müqaviləsi çərçivəsində işğal altındakı Qərbi İordan "A", "B" və "C" bölgələrinə ayrılmışdı.

18 faizi əhatə edən "A" bölgəsinin rəhbərliyi inzibati və təhlükəsizlik olaraq Fələstinə, 21 faizlik "B" bölgəsinin inzibati rəhbərliyi Fələstinə, təhlükəsizliyi İsrailə, 61 faizini əhatə edən "C" regionunun administrasiya və təhlükəsizliyi isə İsrailə təhvil verilmişdi.

Məqalədə : İsrail Fələstin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK

22

Noyabr
16:57
NƏQLİYYAT
665

Hərbdə və mənəviyyatda generallıq

22

Noyabr
16:22
ARAŞDIRMA
203

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
445
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 22:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru