Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Noyabr

2019
13:02
İsrail `Human Rights Watch` təşkilatının rəhbərini deportasiya etdi

İsrail rejiminin Ali Məhkəməsi vizasını yeniləməkdən imtina etməsindən sonra İsrail və Fələstindəki "Human Rights Watch" (HRW) təşkilatının rəhbəri Ömər Şakiri deportasiya edir.

FaktXəbər-in məlumatına görə, Ömər Şakir bu gün Twitter-də yayımlanan bir video mesajında, "iki il yarım davam edən cəhdlərdən sonra bu gün İsrail hökuməti insan hüquqlarını qoruduğum üçün məni ölkədən qovur. İsrail hökumətinin HRW-ni susdurmağa cəhdlər etdi... İnsan haqları hərəkatına edilən bu hücum Fələstin və İsrail qruplarını əvvəllər heç zaman görünməmiş şəkildə bir araya gətirəcəkdir. Biz işlərimizi davam etdirəcəyik. hamının - israillilərin və fələstinlilərin - bərabər olduqları və hüquqlarının tam qorunduğu günə qədər dayanacağıq", - deyə bildirib.

"İsraildən deportasiya edilməsinə baxmayaraq, Ömər Şakir Fələstin-İsrail HRW qrupunun işinə rəhbərlik etməyə davam edəcək", - deyə təşkilatın icraçı direktoru Kennet Rot söyləyib.

"İsrail, ümüd edir ki, Ömər Şakiri deportasiya etməklə İordan çayının Qərb sahilində qurulmuş qanunsuz məskunlaşmaya qarşı addımlarımızı birtəhər dayandıra biləcək. İsrail böyük səhv edir", - Kenneth Roh Twitter-də yerləşdirilmiş bir video söyləyir.

Məqalədə : İsrail Fələstin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vəhşi təbiətdən təbəssüm yaradan FOTOLAR

06

Dekabr
13:12
MARAQLIDIR
341

Tramp impiçment istədi

06

Dekabr
11:43
DÜNYA
281
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-12-2019 15:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru