Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

08 Aprel

2017
21:33
1519
Sosial evlərin tikintisi nə yerdədir? - VİDEO

Yasamal rayonunda sosial evlərin tikintisi daha da sürətləndirilib. Bu ay ərzində daha 23 binanın tikintisi aparılacaq. İlk 9 mərtəbəli binanın və 960 yerlik məktəbin tikinti işləri tam plana uyğun aparılır. Yaşayış kompleksi tam istifadəyə verildikdən sonra 1843 ailə yeni mənzillə tam təmin ediləcək.

Ərazidə ağır texnika və onlarla fəhlə işləyir.

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksindəki işlər daha da sürətləndirilib.

2016-cı ilin dekabrında təməli qoyulmuş yaşayış binasının və 960 yerlik məktəbin tikintisi davam etdirilir.

Aprel ayı ərzində daha bir neçə binanın tikintisinə başlanılacaq.

Yasamal Yaşayış Kompleksinin tikinti sahəsi ümumi ərazinin təqribən 25%-ni təşkil edəcək. Ərazinin 75%-ə yaxın hissəsi həyətlər, yaşıllıq zonaları, uşaq meydançaları, stadion, nəqliyyat və piyadaların hərəkətinin təşkili üçün istifadə olunacaq.

Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksinin inşası üçün ərazinin baş planının hazırlanması yekunlaşmaq üzrədir. Layihələndirmə işləri yaxın müddətdə başa çatdıqdan sonra tikintiyə start veriləcək. (Xezerxeber)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru