Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Yanvar

2020
17:47
SOCAR Ukraynaya 300 mln. dollardan çox investisiya yatırıb

“SOCAR Energy Ukraine” şirkəti tərəfindən Ukrayna iqtisadiyyatına bu günə kimi 304 mln. ABŞ dollarından çox investisiya yatırılıb.

Energetika Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Kiyev şəhərində keçirilən Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası zamanı deyib.

Onun sözlərinə görə, ötən il Azərbaycandan Ukraynaya ixracın əsas hissəsini xam neft təşkil edib. “SOCAR Energy Ukraine” şirkətin bu ölkədə 60-dan çox YDM-si və 4 neft bazası fəaliyyət göstərir.

“Bu səfər çərçivəsində işgüzar dairələrin nümayəndələrindən ibarət heyətlə Odessa və Kiyevdə infrastruktur layihələri ilə tanış olduq və təklifləri dinlədik. Düşünürəm ki, bu müzakirələrin nəticələri olaraq biz irəlidə bir çox sahələrdə birgə sərmayə layihələri həyata keçirə və əməkdaşlığımızı daha da möhkəmləndirə biləcəyik. Bunun üçün siyasi iradə, niyyət və geniş imkanlar mövcuddur. Bütün sahələrdə əməkdaşlığa açığıq və hesab edirəm ki, komissiyanın iclası bu məsələlərin həllinə töhfə verəcək”, - deyə P. Şahbazov qeyd edib.

İndiyə kimi Azərbaycana 270 mlrd. dollar məbləğində sərmayə qoyulduğunu vurğulayan nazir onu da deyib ki, hazırda Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatlar kursu da məhz iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və investisiya mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir.

Məqalədə : SOCAR Ukrayna 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da kitabxananın qiyməti 150 manata qaldırıldı

29

Fevral
14:10
BÖLMƏNİ DÜZ SEÇ!
234

Bakıda gənc qadın pnevmoniyadan öldü

29

Fevral
13:42
HÜQUQ,HADİSƏ
268

Bakıda itkin düşən 5 nəfər tapılıb

29

Fevral
09:48
HÜQUQ,HADİSƏ
343

Atəşkəs rejimi 22 dəfə pozulub

29

Fevral
09:30
HƏRB
337

İstirahət günlərinin hava proqnozu

28

Fevral
17:41
ÖLKƏ
481
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-02-2020 16:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru