
Keçmiş ABŞ kəşfiyyatçısı Edvard Snouden, məhkəmənin ədalətli və obyektiv olacağı təqdirdə mühakimə olunmaq üçün ABŞ-a qayıtmağa hazır olduğunu söyləyib.
FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə, ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Milli İctimai Radioya verdiyi müsahibədə bəyan edib.
O, münsiflər heyətinə niyə jurnalistlərə gizli məlumat verdiyini izah etmək istədiyini söyləyib. Snoudenə görə, Münsiflər heyəti də onun düzgün iş görüb-görmədiyini qiymətləndirmək üçün ictimaiyyətə açıqladığı gizli materiallara giriş əldə etməlidir.
"Əgər münsiflər heyəti bu məlumatın açıqlanmasının düzgün olub-olmadığını qiymətləndirə bilmirsə, məlumatın açıqlanması ilə bağlı ədalətli məhkəmə araşdırması apara bilməzsiniz" deyib.
Eyni zamanda Snouden, təkcə hökmü eşitmək üçün ABŞ-a qayıtmanın bənzər vəziyyətdə ola bilənlər üçün pis bir nümunə olacağını vurğulayıb.
"Heç kim istədiyi üçün informator olmur. Heç kim xoşbəxt sonluq gözlədiyi üçün informator olmur" deyə Snouden əlavə edib.
Keçmiş casus Rusiyada yaşamağı özü seçmədiyini vurğulayıb. O, Almaniya və Polşa da daxil olmaqla 27 ölkədən sığınacaq istədiyini, lakin Moskvadan fərqli olaraq digər ölkələrin ABŞ-ın qisas tədbirlərindən qorxduğunu xatırlatdı.
Onun sözlərinə görə, Rusiya xüsusi xidmət orqanları ona əməkdaşlıq təklif ediblər, amma o imtina edib. Əgər razı olsaydı, hava limanında 40 gün keçirmək əvəzinə, aeroportdan ilk gündən limuzində çıxacaqdı, özü isə sarayda yaşayardı və Qırmızı Meydanda şərəfinə paradlar edilərdi.
2013-cü ilin iyun ayında Snouden "Washington Post" və "Guardian" qəzetlərinə internet və ABŞ-ın kəşfiyyat proqramları ilə bağlı bir sıra məxfi materialları təhvil verdi. Bundan sonra o, Hong Konga, oradan isə Moskvaya uçdu, burada bir müddət Şeremetyevo Hava limanının tranzit zonasında qaldı. Rusiya Snoudenin ABŞ-a qarşı fəaliyyətini dayandırması şərtilə bir il müddətinə müvəqqəti sığınacaq verdi. 2014-cü ilin avqust ayında Snouden üç illik yaşayış icazəsi aldı, bu, yalnız Rusiyaya deyil, həm də xaricə səyahət etməyə imkan verir. 2017-ci ilin yanvar ayında Snoudenin yaşayış icazəsi 2020-ci ilə qədər uzadıldı.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 15:05 Noam Çomski: Tramp tarixdəki ən pis cinayətkardır
- 25-06-2020 13:49 Cənubi Yəmən Keçid Şurası İsraili rəsmi olaraq tanıdı
- 25-06-2020 12:35 Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
- 25-06-2020 12:14 İran rəsmisi: İran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir
- 25-06-2020 11:14 Həmas liderindən İslam dünyasına təcili çağırışı
- 23-06-2020 10:16 Dünyada koronavirus infeksiyası hallarının sayı 9 milyonu ötüb
- 19-06-2020 14:21 Dağıstan rəsmilərini lom və dəyənəklə döydülər
- 19-06-2020 11:21 ABŞ-da səhv ucbatından 2 qardaş 24 il həbsdə yatdı
- 19-06-2020 10:37 Tramp NUO barədə gizli sənədlərinin açılması barədə düşünəcəyini vəd etdi
- 19-06-2020 10:15 Nikita Xruşovun oğlu ABŞ-da öldü
- 18-06-2020 16:34 Çin prezidenti Afrikaya koronavirus peyvəndi vəd etdi
- 18-06-2020 14:10 Qazaxıstanın Baş naziri və daha beş nazir koronavirusa görə özünü təcrid edib
- 18-06-2020 13:41 BƏƏ vəliəhdi: İsrailin Fələstin torpaqlarını ilhaq etməsi qanunsuzdur
- 18-06-2020 11:06 Nursultan Nazarbayev koronavirusa yoluxub
- 18-06-2020 10:58 Fələstində 39 yeni koronavirus aşkar edildi
- 18-06-2020 10:45 Tramp keçmiş təhlükəsizlik müşavirini "qəddar axmaq" adlandırıb
- 18-06-2020 10:30 Əfqanıstanda Taliban hücumunda 7 polis öldürüldü
- 17-06-2020 14:08 Kadırov gürcü jurnalistə sui-qəsd barədə xəbərlərə münasibət bildirib
- 17-06-2020 12:35 Putini koronavirusdan belə qoruyurlar
- 17-06-2020 11:35 Hindistanda bir gün ərzində 2 min nəfər koronavirusdan ölüb
- 17-06-2020 11:30 Koronavirusu test etmədən diaqnoz qoymağın üsulu tapıldı
- 17-06-2020 10:55 Hindistan və Çin arasında qarşıdurma yaranıb
- 17-06-2020 09:50 Medvedev: 2020-ci ildə Rusiya üç "iqtisadi sarsıntı" keçirib
- 16-06-2020 17:34 İdlibdə Rusiya-Türkiyə patrul yolunda partlayış baş verib
- 16-06-2020 16:39 Cavad Zərif: "İran, Rusiya və Azərbaycan arasında sammit keçirəcəyik"