
Android və iPhone əsaslı smartfonlar, təqribən, 5 dəqiqədən bir sahiblərinin şəxsi məlumatlarını istehsalçı şirkətlərlə paylaşır.
“İrish Times” xəbər verir ki, belə bir qənaət Dublin Triniti Kolecində aparılmış tədqiqat nəticəsində əldə edilib. Professor Daq Leyt (Doug Leith) tərəfindən dərc edilən araşdırmada iPhone ilə “Google” şirkətinin Android əməliyyat sisteminə əsaslanan smartfonlar arasında bu mənada mühüm fərq aşkarlanmayıb.
Bununla yanaşı, Android əsaslı smartfonların hər 12 saat ərzində 1 MB məlumat ötürdükləri halda iPhone-ların vur-tut 52 KB ötürdükləri də üzə çıxıb. Həm də smartfonlar sönmüş halda belə məlumat paylaşırmış.
Geri göndərilən məlumatlar arasında SİM birləşməsi, cihazın seriya nömrəsi, İMEİ, wi-fi MAC ünvanı, telefon nömrəsi olduğu güman edilir.
“Fikrimcə, bir çoxları “Apple” və “Google”un telefonlarımızdan məlumat toplamaqda məqsədlərinin “iCloud”, yaxud “Google Drive” kimi servisləri yerinə yetirmək olduğunu düşünür. Amma biz telefonlarımızı sadəcə telefon qismində, yəni zəng və daha nələrisə göndərib qəbul etmək üçün istifadə edərkən “Google” və “Apple”ın niyə məlumat toplamağa çalışdıqlarını görmək daha ağırdır. Hazırda biz “Google” və “Apple”-ın bu qədər məlumatları vəziyyətə uyğun topladıqlarını müəyyənləşdirmişik. Bunlar ifrat görünür, hansı ehtiyacdan gəldiyini də başa düşmək çətindir” – ekspert deyib.
Onun dediyinə görə, smartfonlar həm də yaxınlıqdakı cihazlarla bağlı məlumat toplayır. Belə ki, hər hansı istifadəşi wi-fi şəbəkəsinə qoşulduqda şəbəkədəki başqa telefonların da wi-fi MAC ünvanları “Apple”-a ötürülürmüş. Bu da istifadəçinin ev ünvanını, kafedəki masasını, yaxud ofis şəbəkəsini xüsusi olaraq təyin etmək imkanını verir. İstifadəçilər də bu izləmədən yayına bilmir.
Tədqiqat müəllifləri istifadəçilərdən toplanan bu məlumatlar əsasında onların internetdə gəzintiləri, alış-veriş ödəmələri barədə da məlumat əldə etməyə imkan verməcəyinə dair narahatlıq ifadə ediblər.
Məsələyə dair “Google” sözçüsü bildirib ki, müasir avtomobillərin ayrı-ayrı hissələri, təhlükəsizlik statusu, servis müddətinə dair təməl məlumatları mütəmadi ötürdüyü kimi smartfonların da bənzər məlumatları ötürməsini səmərəli fəaliyyətinin mühüm şərti olaraq dəyərləndirib.

ABŞ-da polis növbəti dəfə qaradərilini öldürüb: İnsanlar ayağa qalxdı
12
Aprel
İranın danışıqlarda şərti dondurulmuş 40 milyard dollarının sərbəst buraxılmasıdır
12
Aprel
BVF: Azərbaycanın neft ÜDM-i bu il 0,2%, qeyri-neft ÜDM-i isə 3,5% artacaq
12
Aprel01-06-2020 12:46 Telefondan koronavirus infeksiyasına yoluxma ehtimalı açıqlandı
26-02-2020 15:11 Dünyanın ən populyar smartfonunun adı açıqlandı
25-10-2019 17:00 Əgər sizin də telefonunuz varsa, hökmən oxuyun...
20-08-2019 15:05 Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib
11-06-2019 16:58 Smartfon öskürəyə görə xəstəliyin xüsusiyyətlərini müəyyənləşdirəcək
03-06-2019 15:40 Ən tez xarab olan smartfonların adı açıqlanıb
- 12-04-2021 15:23 FHN gəmilərlə bağlı reyd keçirib - VİDEO
- 12-04-2021 14:09 Türkiyədə Ramazan ayı ilə bağlı qadağalar tətbiq olundu
- 12-04-2021 10:47 ABŞ-da polis növbəti dəfə qaradərilini öldürüb: İnsanlar ayağa qalxdı
- 10-04-2021 11:13 Maşınlarda maskadan istifadə ilə bağlı reydlər keçiriləcək
- 09-04-2021 16:07 Tank bölmələri döyüş atışları icra edib - VİDEO
- 08-04-2021 15:46 Koçaryan Paşinyanı məhkəməyə verdi
- 08-04-2021 14:51 Zərif İranın prioritetini açıqladı
- 07-04-2021 11:09 ABŞ-ın hipersəsli raket sınağında növbəti uğursuzluğu
- 06-04-2021 10:11 DYP sürücülərə XƏBƏRDARLIQ edib
- 05-04-2021 11:40 QMİ əhaliyə Ramazan ayı ilə bağlı müraciət edib
- 03-04-2021 13:21 Zərif: "ABŞ-la hər hansı bir görüş keçirməyə gərək yoxdur"
- 03-04-2021 10:41 ABŞ-da Kapitoli qarşısında atəş səsləri: İki ölü, bir yaralı
- 03-04-2021 10:21 Rusiya İranla bağlı çağırış etdi
- 02-04-2021 12:59 Daha 30 şəhid və qazi ailəsinə mənzil verilib
- 01-04-2021 10:29 İranın ən böyük müasir muzeyi Təbrizdə yerləşirmiş
- 31-03-2021 16:57 “Ali təhsil haqqında” qanun layihəsinin ilkin variantı hazırlanıb
- 31-03-2021 16:03 ABŞ-ın İraqdakı hərbi logistika karvanına hücüm edilib
- 31-03-2021 11:59 İran-Çin sazişi İsraili də narahat etdi
- 31-03-2021 09:47 Dünya Bankı: Azərbaycanın ÜDM-i bu il 2,8% artacaq
- 31-03-2021 09:08 Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 103 il ötür
- 30-03-2021 19:01 Azərbaycan tələbələri Cəmkəranda Nimeyi-Şəban mərasimi keçirib - VİDEO
- 30-03-2021 10:49 Əsrin ən yaxşı futbol klubları açıqlanıb
- 29-03-2021 14:59 Smartfon sahiblərinin şəxsi məlumatlarını şirkətə ötürürmüş
- 29-03-2021 14:37 Britaniyalı aktrisa islamı qəbul edib
- 29-03-2021 14:11 Əli Şamxani: Şərqdəki strateji əməkdaşlıq ABŞ-ın tənəzzülünü sürətləndirir