Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

20 Aprel

2017
12:02
267
İslam Oyunlarına gələnlərdən viza tələb edilməyəcək

“IV İslam Həmrəyliyi Oyunlarına qatılacaq iştirakçılar, habelə azarkeşlər və akkreditasiyadan keçmiş şəxslər vizasız Azərbaycana daxil ola biləcək”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Mətbuat Şurası (MŞ) tərəfindən Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi və İslam Həmrəylik Oyunlarının islam ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirilməsində rolu mövzusunda təşkil olunmuş konfransda çıxışı zamanı deyib. O bildirib ki, IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar daha sadələşdirilmiş viza rejiminin tətbiqi nəzərdə tutulub.
 
XİN rəsmisi qeyd edib ki, yarışları işıqlandırmaq üçün 1000-dən artıq xarici media qurumu akkreditasiya üçün müraciət edib. Əksər müraciətlər artıq müsbət cavablandırılıb və bu proses hazırda davam etməkdədir.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com