Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Sentyabr

2019
10:48
SKY: İngiltərə dronlarını Fars körfəzinə yerləşdirə bilər

Britaniya İngiltərə bayrağı altında üzən bir tankerin tutulması ilə əlaqədar dronlarını Fars körfəzinə yerləşdirməyi düşünür. 

FaktXəbər bildirir ki, bu barədə bazar ertəsi "Sky News" xəbər verib.

Məlumata görə, söhbət Küveytdə yerləşdirilən və Suriya və İraq ərazisi üzərindən uçan İHA-ların mümkün köçürülməsindən gedir.

Kanal qeyd edir ki, İngiltərə hərbi gəmilərinə Hörmüz boğazından keçən İngiltərə bayrağı altında üzən tankerləri müşayiət etmək missiyası veriləcək.

İyunun 13-də Oman körfəzində iki tankerdə partlayış və yanğınlar baş verdikdən sonra İran ətrafında vəziyyət kəskinləşib. ABŞ hadisəyə görə İranı günahlandırdı. İngiltərə və Səudiyyə Ərəbistanı ABŞ-ın açıqlamasına dəstək verib. Tehran isə bu iddiaları rədd etməklə bərabər yanan gəmilərin SOS siqnalı getməsini və gəmilərdən heyəti çıxarmasını göstərən görüntüləri yayımlayıb.

İyulun 19-da İngiltərə bayrağı altında üzən "Stena Impero" tankeri İran tərəfindən Hörmüz boğazında saxlanılıb. İslam İnqilabı Keşikçiləri Korpusundan verilən açıqlamaya görə, İsveçin "Stena Bulk" şirkətinə məxsus tanker beynəlxalq qaydaları pozduğu üçün saxlanılıb. Açıqlamada əlavə olaraq bildirilib ki, sözügedən gəmi təhlükəsizlik qaydalarını pozub və Hörmüz boğazının çıxışından giriş edərək digər gəmilərə qarşı təhlükə yaradıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
13372

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
12042

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
13470

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
13049

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
18414

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
12913

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
13051
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2020 11:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru