Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2020
19:24
Simptomları zəif olan xəstələrin müalicəsi ilə artıq poliklinika həkimləri məşğul olacaq

Yalnız COVİD-19-a yoluxan deyil, yuxarı tənəffüs orqanlarının xəstəliklərindən əziyyət çəkən, amma simptomları zəif olan insanların evdə müşahidə altında saxlanılması üçün müvafiq tədbirlər görülüb.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, artıq poliklinika həkimləri simptomları zəif olan xəstələrin müalicəsi ilə məşğul olacaq. Bunun üçün beynəlxalq təcrübə əsasında hazırlanan mobil tətbiq əlavəsindən istifadə ediləcək. “E-təbib” adlanan bu mobil tətbiq əlavəsi vasitəsilə evdə müalicə alan xəstələr müşahidə altında saxlanılacaq:

“Onların evi tərk etməməsi üçün müvafiq qurumlar tərəfindən nəzarət tədbirləri həyata keçiriləcək. Burada 14 günlük karantinin olması, belə xəstələrin təlimatlara əməl etməsi vacibdir. Poliknikada çalışan həkimlər 12 saatdan bir ev telefonu vasitəsilə xəstələrin səhhəti ilə bağlı sorğular göndərəcək və bu məlumat elektron sistemə daxil ediləcək. Bunun əsasında pasiyentin müalicəsini evdə və ya xəstəxanada davam etdirməsi barədə qərar qəbul ediləcək”.

Məqalədə : karantin Operativ Qərargah 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47086

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45260

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46850

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46470

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52006

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46140

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46623
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2020 03:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru