Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Oktyabr

2021
15:41
Səhiyyə Nazirliyi: `Yoluxma sayının azalması bizi arxayın salmamalıdır`

“Hazırda Azərbaycanda pandemiya ilə əlaqəli növbəti alovlanma sönməyə doğru gedir. Yeni yoluxma hallarının və aktiv xəstələrin sayında azalma müşahidə olunur. Təbii ki, bu saylar bizi arxayın salmamalıdır”.

Bunu  açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti (baş infeksionist) Təyyar Eyvazov deyib.

O, əhalini qoyulan qaydalara ciddi əməl etməyə çağırıb: “Tibbi maska taxılmalı, gigiyenik qaydalara əməl edilməli və sosial məsafə gözlənilməlidir. Çünki narahatlıq üçün əsas var. Son zamanlar xeyli yumşalmalara gedilib. Bu da özlüyündə insanlar arasında təmasın artmasına xidmət edir. Bundan başqa, havaların soyuması səbəbindən insanların qapalı məkanlara toplaşması da yoluxmanın çoxalmasına səbəb yaradıb. Belə olan halda fərdi qorunma vasitələrindən istifadə etmək və vaksinasiyadan keçməklə yoluxmanın artımının qarşısını almaq mümkündür”.

Mütəxəssis-ekspert həmçinin ölkədə vaksinasiya prosesinin müsbət yöndə davam etdiyinə də diqqət çəkib: “Azərbaycanda təxminən 4 milyona yaxın insan iki doza vaksin vurduraraq müəyyən immunitet qazanıblar. Bu hələ də bizim qoyduğumuz hədəfə çatmaq demək deyil. Kifayət qədər insan hələ də virusa qarşı həssasdır. Odur ki, peyvənd olunanlar belə qoyulan qaydalara ciddi əməl etməlidirlər. Əhali eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiqlədiyi müxtəlif təlimatlara uyğun davranmalıdır. Burada vətədaş məsuliyyətinin böyük əhəmiyyəti var. Təbii ki, bu işə ciddi nəzarət olmalıdır. Yalnız bu halda bu gün əldə edilən nəticə davamlı ola bilər”.

Qeyd edək ki, bu günə qədər ölkədə 485 987 nəfər virusa yoluxub. Onlardan 464 611 nəfəri artıq sağalıb. Hazırda aktiv xəstələrin sayı 14 803 nəfər təşkil edir. Ümumilikdə 6 573 nəfər COVID-19 səbəbindən vəfat edib.

Son günlər ölkədə koronavirusa gündəlik yoluxma sayında azalma müşahidə olunur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
492

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
628

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
638

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
694

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
695
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2021 14:47





  [email protected]om

Valyuta.com

Рейтинг@Mail.ru