Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Avqust

2021
16:50
Səhiyyə Nazirliyi: `Ölüm və yoluxma sayı vaksinasiya olunmayan insanlar arasında yüksəkdir`

“Koronavirusa yoluxma sayındakı artım və qonşu ölkələrdəki rəqəmlərdə yüksəlişin Azərbaycandakı mövcud duruma sirayət etməsi qaçılmazdır. Nəzərə alsaq ki, COVID-19 infeksiyası hava-damcı yolu ilə yoluxur”.

Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı, həkim-mütəxəssis Könül İsmayılova deyib.

Onun sözlərinə görə, bəzi karantin qaydalarının yumşalması, turizm mövsümünün açıq olması da artım sayına təsirini göstərir: “Bundan əlavə, yeni ştamın yoluxuculuğu da yüksəkdir, insanlar arasında asanlıqla yayılır. Təbii ki, insanlar arasında laqeydlik olarsa, xüsusi karantin müddəti daha da uzana bilər. Ona görə də qorunma tədbirlərinə ciddi riayət etməliyik”.

Həkim-mütəxəssis vətəndaşlara kütləvi toplaşılan məkanlarda vacib olmadıqca az qatılmağı, tibbi maskalar və dezinfeksiya məhlullarından yararlanmağı, eləcə də gigiyenik qaydalara əməl etməyi və peyvənd olunmağı tövsiyə edib: "Elmi tədqiqatlar göstərir ki, ölüm və yoluxma sayı vaksinasiya olunmayan insanlar arasında yüksəkdir. Yoluxma halları artdıqca səhiyyə sisteminin də yükü artır".

K.İsmayılova deyib ki, sosial ünsiyyətin artdığı dövrdə, yəni payız mövsümündə yoluxmanın arta biləcəyini nəzərə alsaq, əhalinin vaksinasiya prosesi sürətləndirilməlidir: "Azərbaycanda yoluxma halı artdıqca Nazirlər Kabineti yanında Operativ Qərargah da lazımi addımları atacaq. Mövcud epidemioloji durumun təhlilinə əsasən hansı qərarların veriləcəyini qabaqcadan proqnozlaşdırmaq mümkün deyil”.

Qeyd edək ki, hazırda ölkədə 11 737 aktiv koronavirus xəstəsi var. Bu günə qədər Azərbaycanda 351 825 nəfər COVID-19-a yoluxub, 33 025 nəfər isə sağalıb. Ümumilikdə xəstəlikdən ölüm sayı 5 063 təşkil edir. Həmçinin bu günə qədər vətəndaşlara 5 418 243 doza vaksin vurulub.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, sentyabrın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, eləcə də bir çox işçilərin azı 80 faizinin COVID-19-a qarşı birinci dozanın, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək. Eləcə də yaşı 18-dən yuxarı olan bütün tələbələrdən COVID-19 pasportunun olması tələb ediləcək. Bundan başqa, yaşı 18-dən yuxarı olan şəxslərin qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.

Məqalədə : Səhiyyə Nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əl-Husi BMT-nin baş katibini tənqid etdi

20

Sentyabr
16:41
DÜNYA
207

“Zəfər tarixi” dərsliyi çap olunub

20

Sentyabr
16:39
ELM / TƏHSİL
215

Azərbaycan XİN Rusiyaya başsağlığı verib

20

Sentyabr
15:09
SİYASƏT
197

Ərdoğan Rusiyaya gedir

20

Sentyabr
14:42
DÜNYA
215

General Bakı merinin müşaviri oldu

20

Sentyabr
14:26
ÖLKƏ
235

İran HHQ-yə yeni komandan təyin edilib

20

Sentyabr
13:47
DÜNYA
218

Bəhreyndə İsa Qasimə böyük dəstək aksiyası keçirilib

20

Sentyabr
13:23
BÖLMƏNİ DÜZ SEÇ!
212

Sabahın hava proqnozu açıqlanıb

20

Sentyabr
12:35
ÖLKƏ
183

Bakıda 15 məktəbə yeni direktor təyin olunub

20

Sentyabr
11:09
ELM / TƏHSİL
305
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2021 05:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru