Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2019
09:39
512
Səhiyyə naziri əmr imzalayıb

Səhiyyə naziri Oqtay Şirəliyev “2019-2020-ci ilin payız-qış mövsümündə Respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb.

Nazirlikdən FaktXəbər-ə verilən məlumata görə, sənəddə 2019-2020-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Əhali arasında qrip və kəskin respirator virus xəstəliklərinin profilaktikası məqsədi ilə sanitariya-maarifi işinin aparılması, ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələr aparılmasının təşkili, qripə şübhəli xəstələrin, xüsusən uşaqlar və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılmasının təmini, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiqi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadə edilməsinin təmini göstərişləri Əmrdə əks olunub.

Əmrdə eyni zamanda, profilaktik dezinfeksiya işlərinin gücləndirilməsi, qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatlarının ehtiyatının yaradılması, ölkənin şəhər və rayonlarının gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində, habelə tibb müəssisələrində sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayətin gücləndirilməsi kimi əhəmiyyətli göstərişlər də verilib.

Məqalədə : Oqtay Şirəliyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
20

Bakı metrosunda qatarın qapıları açılmayıb

18

Oktyabr
11:49
HÜQUQ,HADİSƏ
44

Azərbaycanda yük və sərnişin daşımaları artıb

18

Oktyabr
10:00
İQTİSADİYYAT
63

Xarici valyutaların manata qarşı məzənnələri

18

Oktyabr
09:33
İQTİSADİYYAT
53

Ərdoğan Trampın tvitinə cavab verdi

18

Oktyabr
09:05
DÜNYA
229

18 oktyabr Dövlət Müstəqilliyi günüdür

18

Oktyabr
00:01
SİYASƏT
92
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 14:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru