Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2019
12:57
Əsgəri 4 ayda 32 dəfə evə buraxan komandirin CAVABI

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən, Penitensiar Xidmətin hərbi hissəsinin sabiq bölük komandiri Kazım Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

FaktXəbər-in Trend-ə istinadən məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən İsrafil Vəliyev bildirib ki, K.Həsənovun komandir olduğu bölükdə əsgər olub: "Üç dəfə şəhər buraxılışına, bir dəfə uzunmüddətli məzuniyyətə getmişəm. Buna görə komandirə heç nə verməmişəm. Başqalarının da pul verməsindən xəbərim yoxdur".

Şahid İxtiyar Məmmədov, Fədai Tapdıqov, Sahib Tapdıqov və Nicat Süleymanov da oxşar ifadə veriblər.

Daha sonra sənədlərin tədqiqi mərhələsində məlum olub ki, əsgərlərdən biri dörd ay ərzində 32 dəfə şəhər buraxılışına gedib. Hakim həmin əsgərin bu qədər buraxılışda olmasının səbəbini soruşub.

Təqsirləndirilən K.Həsənov bildirib ki, həmin əsgər hərbi hissəyə yaxın ərazidə yaşayıb: "Həmçinin, nümunəvi xidmətinə görə çox buraxılıb".

Hakim digər əsgərlərə nə qədər buraxılış verilməsini aydınlaşdırmaq üçün növbəti prosesdə buraxılış qeydiyyatı kitabının tədqiq ediləcəyini bildirib.

Proses oktyabrın 1-nə təyin edilib.

Qeyd edək ki, K.Həsənov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir.

Rəsmi ittihama görə, K.Həsənov tabeliyində olan əsgərlərdən həftəsonu buraxılışı üçün 30-40 manat məbləğində rüşvət alıb.

İttihama münasibət bildirən K.Həsənov özünü qətiyyən təqsirli bilməyib.

O deyib ki, ittiham verilmədən öncə hərbi hissədə insident yaşanıb və əsgərlərdən biri o birinə güllə atıb. Sözügedən hadisə ilə bağlı araşdırma aparılarkən rüşvət faktı ilə bağlı ayrıca cinayət işi başlanıb və K.Həsənova ittiham irəli sürülüb.

Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Məqalədə : əsgər komandir məhkəmə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42487

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
40865

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42377

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
41880

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47382

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
41839

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42241
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2020 18:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru