Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2019
10:14
1874
İsgəndər Həmidovun böyrəklərində və onurğasında şiş aşkar edilib

Sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhhəti ilə bağlı məlumat yayılıb.

İsgəndər Həmidovun köməkçisi bu barədə keçmiş nazirin şəxsi facebook profilində məlumat verib. Adı açıqlanmayan köməkçi bildirib ki, İ.Həmidovun böyrəklərində və onurğasında şiş var, bu səbəbdən də onun əməliyyat olunması təxirə salınıb:

"Bildiyiniz kimi, bir müddət əvvəl Azərbaycanın keçmiş Daxili İşlər naziri, Azərbaycan Xalq Hərəkatının təsis olunması fikrinin müəllifi İsgəndər Həmidov səhhətində yaranmış problemlərlə bağlı qəfil vəziyyəti ağırlaşdığı üçün Bakıda xəstəxanaya yerləşdirilmişdi. Xəstəxanada həkimlər onun əməliyyat olunmasının vacib və zəruri olduğunu bildirsə də, ailə üzvləri buna qəti şəkildə icazə vermədiyi üçün İsgəndər Həmidov xarici ölkələrdən birinə aparılmışdı. Uzun sürən müayinələrdən sonra, indi də ağır durumda olan İsgəndər bəyin sağlamlıq durumunun nəticələrinə dair cəmiyyətdə yayılan, həqiqətə uyğun olmayan informasiyaların qarşısının alınması üçün onun real vəziyyəti ilə bağlı məlumat vermək zəruri hesab edildi.

Ürəyindən əməliyyat olunması üçün xaricə aparılan İsgəndər Həmidovun böyrəyində kreatinin yüksək olduğu aşkarlandığı üçün əməliyyat həyatına ciddi təhlükə hesab edildiyindən həkimlər əməliyyatı qəti şəkildə mümkünsüz hesab edib. Aparılan müayinələr nəticəsində məlum olub ki, İsgəndər bəyin sağ böyrəyində 4, sol böyrəyində isə 3 şiş var. Bununla yanaşı, onurğasında da şiş aşkar edilib. Bütün bunları nəzərə almaqla əməliyyat ertələnib və günlərlə ağır durumda olan İsgəndər Həmidovun səhhətinin müəyyən qədər toparlanması üçün çalışılıb.

Sağlıq durumu ağır olduğu üçün bu müddət ərzində onunla görüşmək mümkün deyildi. Həkimlər hər cür söhbətin və bunun nəticəsində yaranacaq həyəcanın onun həyatı üçün təhlükə olduğunu bildirirdilər. Bundan başqa, aparılan müayinələr nəticəsində ikinci ağır durum ortaya çıxıb, şişlərlə bağlı biopsiya edilib və dəqiq nəticəyə gəlmək üçün əkilməyə verilib. Bu müddət ərzində həkimlər İsgəndər Həmidovun əsəbiləşməsinin və gərginləşməsinin qarşısını almaq üçün ölkə daxilində və xaricində baş verən bütün informasiyalardan kənar olmasını vacib hesab etdiyindən, heç kimə onunla görüşmək imkanı vermədikləri üçün İsgəndər bəyin AXH idarə heyətinin üzvləri və sıravi üzvlərinin həbsi barədə heç bir məlumatı olmayıb. Lakin dünən, nəhayət, onunla görüşə bildik. Həkimlərin yekun rəyinə əsasən, İsgəndər bəyin vəziyyəti ağır olaraq qalmaqda davam edir. Lakin bütün bunlara baxmayaraq, İsgəndər bəy Azərbaycana qayıtmağa qərar verib. Bu qərara həkimlər etiraz edib və İsgəndər Həmidova bütün bunlarla bağlı, xəstəlik tarixçəsi haqqında həm şifahi, həm yazılı şəkildə məlumat təqdim edilib. Belə olan halda İsgəndər Həmidovun müalicəsinin ev şəraitində davam etdirilməsi şərti ilə ölkəyə qayıtmasına icazə verilib. Bununla yanaşı, həkimlər İsgəndər Həmidovun 6 ay müddətində hər hansı bir aktiv fəaliyyətlə məşğul olmasını qəti surətdə qadağan ediblər. Bu 6 ay içində isə müayinə və müalicə üçün mütləq yenidən geri qayıtmağı tövsiyə ediblər.

Bütün bunları nəzərə almaqla diqqətinizə çatdırmaq istəyirəm ki, İsgəndər Həmidov iyun ayının 8-də Bakıya qayıdacaq.

Məqalədə : İsgəndər Həmidov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

23

Sentyabr
14:22
İDMAN
132

Sabah Azərbaycanda 28 dərəcə isti olacaq

23

Sentyabr
12:53
ÖLKƏ
101

Bakıda avtobus drenaj xəttinə düşüb - FOTO

23

Sentyabr
12:43
NƏQLİYYAT
133

Narkobarondan 1 kq-dan artıq heroin götürüldü

23

Sentyabr
12:20
HÜQUQ,HADİSƏ
168

Ən təhlükəli parollar sadalanıb

23

Sentyabr
12:11
MARAQLIDIR
166

Azərbaycana Rusiyadan 7 ton pendir idxal edilib

23

Sentyabr
11:22
İQTİSADİYYAT
226

DİN: Həftəsonu yol qəzalarında 2 nəfər ölüb

23

Sentyabr
10:40
HÜQUQ,HADİSƏ
166
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 15:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru