Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Oktyabr

2019
08:55
322
Sentyabrda Azərbaycanda 581 ədəd hərbi sursat zərərsizləşdirilib - FOTO

Sentyabr ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Xızı, Qazax, Lənkəran, Şəmkir, Tərtər rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində 930 098 m² (93,01 ha) ərazi yoxlanılıb, 579 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina (cəmi: 581 ədəd), 1 ədəd piyada əleyhinə təlim məqsədli mina və 413 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.

ANAMA-dan FaktXeber.com-a verilən məlumata görə, əməliyyatlarda 461 nəfər əməliyyat heyəti, 122 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran xidməti it iştirak edir.

Ötən ay əməliyyatlar zamanı minadan zərərçəkmə hadisəsi qeydə alınmayıb.

Qeyd edək ki, ANAMA tərəfindən indiyədək cəmi 537 807 552 m² (53 780,76 ha) ərazi təmizlənib, 804 850 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Məqalədə : ANAMA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1149

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
69

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
92

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
318

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
355
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 04:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru