Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2018
10:58
Samir Şərifovun oğlu Türkiyədən bahalı it alıb - FOTO-VİDEO

Türkiyənin Balıkesir vilayətinin Edremit rayonunda iki sahibkarın fermalarında yetişdirilən, güclü fiziki xüsusiyyətləri ilə "Anadolu aslanı" kimi tanınan çoban iti indiyə kimi 32 ölkəyə satılıb.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, iri bədənləri, qorumaq instinktləri və humanist quruluşları ilə dünya miqyasında diqqət çəkən Akrasay malayını 8 il əvvəl artırmağa qərar verən sahibkarlar Birol Başyiğit və Hakan Bilgiç Edremit rayonunda 10 hektar ərazidə 2 milyon lirə sərmayə qoyaraq ferma qurublar.

Müasir it istehsal təsərrüfatında 40 damazlıq itə, 2 baytar həkimə və bir baxıcı ilə işləyən Başyiğit və Bilgiç bu növləri xarici ölkələrə də göndərir. 

Birol Başyiğit və dostu Hakan Bilgiç ilə 8 il əvvəl qurduğu fermadan ABŞ, Çin, İngiltərə, Norveç, Yunanıstan, Almaniya, İndoneziya, Kamerun, İtaliya, Cənubi Koreya, Çexiya, Küveyt, Qətər, Perunun da aralarında yer aldığı 32 ölkəyə cins çoban iti göndərdiklərini deyir.

Hakan Bilgiç bu itləri hazırlamaqda məqsədlərinin qazanc güdmək olmadığını dilə gətirərək, missiyalarının Aksaray malayını gələcək nəsillərə cins olaraq köçürülməsi olduğunu deyib: "Poyraz dünyaca məşhur bir itdir. Dünyaca məşhur insanlar tanıyır. Bir çox məşhur insanların bağçalarında hazırda Poyrazın balaları var.

Poyrazın balaları Dünya Kik Boks çempionlarından Badr Hari, Dünya Pouerliftinq çempionlarından Orhan Bilican, NBA oyunçusu Dajuan Klayton, qaydasız döyüş çempionu Fydor Yemelyanenko və Azərbaycan maliyyə nazirinin övladında da var. İnsanlar artıq topu atanda gətirən it istəmirlər. Düşünən, analiz edə bilən, xarizması olan it istəyirlər. Kanqaldan sonra bütün dünya Aksaray malayını da tanıdı. 90 kq-lıq bu bədəndə və bu qədər sürətli bir it dünyada çox nadir tapılır. Bunlar dünyanın ən gözəl irqlərindəndir. Yetişdirdiyimiz Poyrazın 3 yaşı var. Çəkisi 94 kiloqram, hündürlüyü 90 sm-dir. Sağlamlıq problemi, fiziki çatışmazlığı olmayan "A" keyfiyyətli itdir. Təsərrüfatımızda hazırda 40 damazlıq var. Bəzi itləri sürülərdə tərbiyə edirik."

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Samir Şərifov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2018 05:12



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com