Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 May

2020
13:12
Sabahın hava proqnozu açıqlanıb

Mayın 20-də ölkə ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb.

FaktXəbər-in ETSN-nin Milli Hidrometeorologiya Xidmətinə istinadən verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,  əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub  küləyi əsəcək.

Havanın temperaturu  gecə 13-16° isti, gündüz  21-26° isti, Bakıda  gecə 14-16° isti, gündüz  23-25° isti olacaq.

Atmosfer  təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa  enəcək.  Nisbi rütubət  70-75 %, gündüz 40-45% olacaq.   

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında da sabah əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı,  dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz  25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz  17-22°  isti olacaq. 

Məqalədə : hava 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiyada helikopter sərt eniş edib

26

May
09:44
DÜNYA
447

“Azsığorta”dan oğurluq olub

25

May
13:39
HÜQUQ,HADİSƏ
326

Neftçala sakinindən 10 kq narkotik götürülüb

25

May
13:00
HÜQUQ,HADİSƏ
243

Biləsuvarda narkotacirlər tutuldu

25

May
12:40
HÜQUQ,HADİSƏ
286
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2020 06:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru