Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2020
17:27
Sabahdan DOST mərkəzlərinin fəaliyyəti bərpa olunur

Sabahdan, mayın 21-dən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin 1 və 2 saylı Bakı DOST mərkəzlərində vətəndaşlara xidmət göstərilməsi proseduru bərpa ediləcək. 

Bu barədə FaktXəbər-ə mərkəzdən məlumat verilib. 

Mərkəzlər həftənin bazar ertəsindən cümə gününədək saat 9:00-dan 18:00-a qədər vətəndaşların xidmətində olacaq. 3 saylı Bakı DOST Mərkəzində isə vətəndaşlara müvəqqəti olaraq məhdud çərçivədə xidmətlər göstəriləcək.

Vətəndaşlara xidmət prosesi zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Covid-19 virusundan qorunmaqla bağlı tövsiyələrinə əməl ediləcək. Belə ki, əməkdaşların qoruyucu maskalarla təmin edilməsi ilə yanaşı DOST mərkəzlərində vətəndaşların da dezinfeksiyaedici məhlullardan istifadə etməsi üçün şərait yaradılacaq. Mərkəzlərə gələn vətəndaşların da ÜST-ün tövsiyələrinə əməl edərək qoruyucu üz maskalarından istifadə etmələri tövsiyə edilir.

Xatırladaq ki, yeni növ koronovirus (COVİD-19) infeksiyasının səbəb olduğu qlobal pandemiya səbəbindən ölkəmizdə xüsusi karantin rejimi elan edilib. Bununla əlaqədar mart ayının 15-dən etibarən DOST mərkəzlərində də xüsusi iş rejimi tətbiq edilirdi və vətəndaşların müraciətləri İnternet üzərindən qəbul və emal edilirdi.

Məqalədə : DOST mərkəzləri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42761

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41120

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42684

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42189

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47677

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42131

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42501
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2020 11:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru