Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2019
11:52
2194
Sabah Bakıda yükdaşıma sahəsində ilin anlaşma müqaviləsi imzalanacaq

Sabah Dövlət Gömrük Komitəsi İBM şirkəti ilə yükdaşıma sahəsində anlaşma müqaviləsi imzalanacaq.

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bu gün Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) “İnformasiya Texnologiyaları  Konfransı və Sərgisi”ndən sonra jurnalistlər üçün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ticarətdə idxal-ixrac əməliyyatlarında blokçeyn texnologiyasından istifadə olduqca mühümdür: “Sabah Dövlət Gömrük Komitəsi ilə İBM şirkəti arasında yükdaşıma sahəsində blokçeyn texnologiyalarından istifadə ilə bağlı müqavilə imzalanacaq”.

Komitə sədri bildirib ki, bununla da bu müqavilə Azərbaycanda istifadəsində bir ilk olacaq: “Blokçeyn texnologiyası məlumatların birgə istifadə edilməsi deməkdir. Bu texnologiyanın ölkəmizə gətirilməsi sürətli keçid əməliyyatının daha sürətləndirilməsi, asanlaşmasında, sahibkarların idxal-ixrac əməliyyatlarında işinin daha da asanlaşması üçün atılacaq bir addım olacaq. Avropadan və dünyanın istənilən yerindən Azərbaycana gələn yük barəsində bütün məlumatları – onun həcmi, hansı şirkətə məxsuis və istehsal məlumatları olması barədə ilkin məlumatları əldə edəcəyik”.

Komitə sədri bildirib ki, bu texnologiyanın tətbiqi onlayn olaraq bütün qurumlara istifadə etməyə imkan verəcək və bu məlumatlar bizim bazaya inteqrasiya edilməsinə imkan verəcək.

S. Mehdiyev deyib ki, hazırda mütəxəssislər bu sahədə çalışırlar: “İlin anlaşma müqaviləsi sabah imzalanacaq və qısa müddətdə tətbiqinə başlanılacaq. Gələcəkdə bu texnologiya həm hava, həm də quru daşımalarında da öz əksini tapacaq”.

"Artıq bundan sonra biz hansı konteynerin harada olması haqqında məlumat əldə edəcəyik. Bunun üçün isə heç kimə müraciət etməyə ehtiyac olmayacaq. Bütün məlumatlar bizim sistemə avtomatik inteqrasiya ediləcək".

DGK sədri deyib ki, ilin sonuna qədər bu razılaşmanın təbiqi mümkün olacaq.

S.Mehdiyev həmçinin digər ölkələrlə də blokçeyn texnologiyalarının tətbiqi sahəsində də anlaşmaq üçün hazırlaşdıqlarını əlavə edib:

"Bundan başqa Azərbaycan bir çox dövlətlərlə blokçeyn texnologiyasının layihəsi üzərində ikitərəfli və çoxtərəfli şəkildə işləyir. Xüsusən də GÜAM ölkələrini təmsil edən təşkilatla layihəmiz artıq başlanılıb. Layihəni Ukrayna ilə Azərbaycan birgə həyata keçirir. Gürcüstanla Moldova da ona dəstək verir. Normal bir model ortaya qoymaqla o texnologiyanın üstünlüklərindən istifadə edəcəyik".(Report)

Məqalədə : müqavilə Səfər Mehdiyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2462

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2295

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1748

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1489

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
448

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
232

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1183
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 21:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru